top
İoannis Diamantakş Azərbaycan qadın basketbol millisinin və bütün yaş qrupları üzrə yığmalarının baş məşqçisi seçildi Report.az
29 September 2026, 10:26
- ↺ +

İoannis Diamantakş Azərbaycan qadın basketbol millisinin və bütün yaş qrupları üzrə yığmalarının baş məşqçisi seçildi

İoannis Diamantakos basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi və bütün yaş qrupları üzrə qadın yığmalarının koordinatoru təyin olunub.

Bu barədə "Report"a Azərbaycan Basketbol Federasiyasından (ABF) məlumat verilib.

ABF yunanıstanlı mütəxəssislə 2 illik müqavilə imzalayıb.

O, son olaraq Səudiyyə Ərəbistanının "AlUla" klubunun baş məşqçisi kimi fəaliyyət göstərib.

Mütəxəssis Livan Basketbol Federasiyasında texniki koordinator, Livanın qadınlardan ibarət əsas millisinin, eləcə də U-18 oğlan və qız yığmalarının baş məşqçisi vəzifələrində çalışıb. Mütəxəssis həmçinin Fələstinin kişilərdən ibarət əsas millisinə və Rumıniyanın U-20 yığmasına rəhbərlik edib.

Klub səviyyəsində Yunanıstan, Rumıniya, Fələstin və Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Diamantakosun məşqçilik karyerasında U-18 qadınlar arasında FIBA Asiya Kubokunun B divizionunda və U-18 WABA turnirində qazanılan gümüş medallar, Fələstin Basketbol Liqası çempionluğu və Yunanıstanda iki liqa çempionluğu yer alır. O, həmçinin komandaları ilə FIBA Europe Cup-da ən güclü "səkkizlik"də yer alıb və FIBA U-20 Avropa çempionatını beşinci pillədə başa vurub.

Basketbol sahəsindəki fəaliyyətindən əlavə, İoannis Diamantakos psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. Onun akademik bilikləri məşqçilik və liderlik fəaliyyətinə elmi yanaşma gətirir.

Diamantakosun əsas milli komanda ilə qarşıdakı hədəfi 2026-cı ilin noyabrında və 2027-ci ilin fevralında keçiriləcək FIBA-nın qadınlar arasında 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində rəqabətədavamlı çıxış etməkdir. Bu turnir gələcək üçün mühüm təcrübə qazandırmaqla yanaşı, 2027-ci ilin yayında keçiriləcək FIBA-nın qızlar arasında U-16, U-18 və U-20 Avropa çempionatlarına hazırlıq baxımından da faydalı olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Others
Today, 17:50

Cavid Qurbanəliyev və Samirə Baxşiyeva atçılıq konkur növündə qalib gəldi

Others
Today, 17:28

Shahin Diniyev Gives Prediction for Sabah vs Borussia Match

Others
Today, 17:20

The nation's position unchanged

Qarabagh FC
Today, 17:15

"Qarabağ" və "Neftçi" Azərbaycan derbisində yaşananlara görə cərimələnib

Others
Today, 17:15

Araz Bağırov 1 oyunluq cəzalanıb, "Şamaxı" klubu 2500 manat cərimələnib

Others
Today, 17:03

"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır

Football
Today, 16:53

Referee changed for El Clasico after Mourinho's protest, new referee not yet announced

Football
Today, 16:50

AFFA və BFF, D kateqoriyalı məşqçi kursunu 25 nəfərlə oktyabr 20-də başlatdı

Others
Today, 16:40

Hero of the final minutes: The story of Tellur Mütəllimov - VIDEO

Others
Today, 16:34

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Others
Today, 16:24

Kəpəz wants to transfer the First League's striker

Football
Today, 16:19

Qəbələ kapitanı Asif Məmmədov 40 yaşında Premyer Liqada rekord qırdı

Others
Today, 15:48

Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin təşkilatçılığı ilə praktiki seminar keçirilib

Others
Today, 15:40

Russians chose the Uzbecks

Others
Today, 15:10

AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb

Judo
Today, 15:07

Azərbaycanın gənc qız cüdoçuları Özbəkistanda Qran-priyə hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışında iştirak edib

Gymnastics
Today, 15:02

Selcan Mahsudova: "Dünya Kubokunda iki qızıl medal qazanmasım özümə inamımı artırdı"

Football
Today, 15:00

Luis Enrique: Barcelona is one of the best teams in the world, but there is no perfect team

Football
Today, 14:42

Neftchi Membership Trial - Young footballer dedicates his victory to his martyr brother

Football
Today, 14:40

Manchester City faces a serious setback – Semenyo injured

Football
Today, 14:32

Sergen Yalçın Türkiyə milli komandasının baş məşqçisi təyin edildiyini açıqladı

Qarabagh FC
Today, 14:22

Maksim Medvedev: “Sabah” Borussia Dortmund qarşısında güclü rəqiblərlə mübarizə bacarığını nümayiş etdirdi

Basketball
Today, 13:57

Gəncənin Rilski Sportistlə FIBA Avropa Kubok oyunu təxirə salınıb

Football
Today, 13:40

Arsenal offered Declan Rice a new contract;

Related news