top
Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik, amma iki xal itirdik” Idman.biz
Dünən, 23:21
- ↺ +

Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik, amma iki xal itirdik”

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının doqquzuncu turunda "Turan Tovuz"la 1:1 hesablı heç-heçədən sonra keçirilən mətbuat konfransında oyunu dəyərləndirib.

İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis komandasının qarşılaşmaya uğursuz başladığını, lakin azlıqda qalmasına baxmayaraq, qələbə uğrunda mübarizə apardığını söyləyib.

"İlk 20 dəqiqədə rəqib daha təhlükəli oynayırdı. Müdafiəçimizin səhvindən sonra azlıqda qaldıq. Təəccüblü olsa da, bundan sonra daha yaxşı oynamağa başladıq. Qol vurduq və fasiləyə üstünlüklə yollandıq. İkinci hissədə çətin olacağını bilirdim. 5-3-1 sxeminə keçdik. Bütün zonaları bağlaya bildik və qola qədər rəqibə şans vermədik. Emil Balayevə təşəkkür edirəm, o, komandamızı ikinci qoldan xilas etdi. Bütün bunları nəzərə alsaq, məğlub olmadığımıza görə razı qala bilərik. Amma istənilən halda, iki xal itirdiyimizi düşünürəm. Mən hər oyunda qalib gəlmək istəyirəm", - deyə Vernidub vurğulayıb.

Baş məşqçi İqor Ribeyronun qırmızı vərəqə aldığı epizoda da münasibət bildirib:

"Futbolçunun sadə epizodda niyə belə qərar verdiyini anlamaq çətindir. Topu meydandan çıxara bilərdi. Topa qədər məsafə yeddi metr, İbrahima Vadjiyə qədər isə 14 metr idi. Müdafiəçi daim hərəkətdə olmalı, meydanda piyada gəzməməlidir. Üstəlik, həmin epizodda bizə qarşı ciddi pressinq də yox idi. Artıq on aydır buradayam və bu məqam üzərində işləyirəm. Görünür, yaxşı işləməmişəm. Bu istiqamətdə daha çox çalışmağa davam edəcəyəm".

Ribeyronun "Turan Tovuz"la qarşılaşmalarda üçüncü dəfə qırmızı vərəqə almasına toxunan mütəxəssis futbolçunun rəqibə qarşı xüsusi aqressiyasının olduğunu düşünmür:

"Deməzdim ki, aqressiyası var. Müdafiəçi həmin epizodda səhv etdi, topa daha tez çatmalı idi. Düşünmürəm ki, o, rəqibə qarşı bilərəkdən sərt oynasın və onu zədələmək istəsin. Dünən Ukrayna çempionatında "Dinamo" - "Kudrivka" matçında İvan Petryak çox ağır zədə aldı, kəllə sümüyündə də sınıq yarandı. Orada da aqressiya yox idi, futbolçular baş-başa toqquşmuşdular. Yaxşı ki, hər şey yaxşı qurtardı. Ən vacibi futbolçuların sağlamlığıdır".

Vernidub "Qarabağ", "Sabah", "Turan Tovuz" və "Zirə" ilə oyunlarda qələbə qazana bilməmələrindən də danışıb:

"Qələbə qazana bilməmək mənim üçün çox ağrılıdır. Halbuki bunun üçün imkanlarımız da olub. "Qarabağ"a qarşı 3:1 öndə idik, amma sonda hesab 3:3 oldu. "Sabah"la görüşdə də qələbə qazana bilərdik. Əsas odur ki, artıq bu rəqiblərə uduzmuruq və onlarla bərabər səviyyədə mübarizə aparırıq".

Baş məşqçi Emin Mahmudovun görüşdə iştirak etməməsinin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, futbolçunun yüngül zədəsi var və bu səbəbdən oyun üçün iştirak ərizəsinə daxil edilməyib.

Bakıda keçirilən U-15 dünya çempionatının oyunlarını izləmək ehtimalına gəlincə, Vernidub iş qrafikinin buna imkan verməyə biləcəyini qeyd edib:

"Əvvəlcə oyunların qrafikinə baxmaq lazımdır. Amma o qədər işim var ki, vaxt tapmaq çətin olacaq. Səhər saat 9-da bazaya gəlirəm, axşam 7-də oradan çıxıram. Bəzi məşqçilərim isə gecə saat 11-12-də də işdən ayrılırlar. Çünki rəqiblərimizi ətraflı təhlil etməliyik".

Ukraynalı mütəxəssis komandada ünsiyyət və təhlillərin futbolçular tərəfindən mənimsənilməsi məsələsinə də toxunub:

"Analizlərimiz çox yaxşı alınır. Amma maraqlıdır ki, bəziləri niyə onlara diqqətlə qulaq asmır. Komandamız çoxmillətlidir, ispan, fransız və ingilis dillərində də danışırıq. Bəlkə də hamı tərcüməni tam başa düşmür, hərçənd yaxşı tərcüməçilərimiz var. Üç dil öyrənmək də asan deyil. Azərbaycan dilini öyrənmək isə mənim üçün daha rahatdır. Çünki burada yaşayıram və sizinlə ünsiyyətdə oluram".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:14

Xabi Alonso “Tottenhem”də 0:2 məğlubiyyətdən sonra komandası performansını tənqid etdi

Qarabağ FK
Dünən, 23:49

“Sabah” “Qarabağ”la oyuna hazırlaşmaq üçün son məşqini tamamladı – FOTO

Futbol
Dünən, 23:36

Berdıyev: Neftçi ilə 1-1 bərabərlikdə qapı qıran qola bütün komanda cavabdehdir

Digər
Dünən, 22:58

Millimizin üzvü üçün 56 dəqiqə

Güləş
Dünən, 22:56

Azərbaycanın Qazaxıstandakı səfirliyi dünya çempionatının finalına yüksələn Eldəniz Əzizliyə və Sənan Süleymanova uğurlar arzuladı

Futbol
Dünən, 22:28

Kim Min Jae-nin Arsenal-a keçidi ehtimalı

Futbol
Dünən, 22:20

Şəfa baş məşqçisi Həşimov: 1:2 məğlubiyyət, oyun başlanğıcında pis, sonra toparlanıldı

Futbol
Dünən, 21:59

Şəfa – Kəpəz matçının video icmalı (1:2)

Qarabağ FK
Dünən, 21:50

Neftçi baş məşqçisinin matç sonrası açıqlamaları: Futbolçuların düşüncələrini başa düşə bilmirəm

Digər
Dünən, 21:39

Azərbaycan Atletika Federasiyası Lozanna’dakı Avropa Atletika Konvensiyasında iştirak etdi

Futbol
Dünən, 21:16

Kurban Berdıyev: "Turan Tovuz" "Neftçi" ilə heç-heçəni itirilən 2 xal kimi qiymətləndirir

Futbol
Dünən, 21:00

Azərbaycan U-15 millisə FIFA Dünya Çempionatı sahəsində 6-0 hesabı ilə Timor-Leste ilə qələbə qazandı

Futbol
Dünən, 20:55

İnter Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamaq istəyir

Digər
Dünən, 20:52

Peşəkar Çövkən Liqasında çempionluq sona bir tur qaldı

Futbol
Dünən, 20:45

Canni İnfantino: U‑15 dünya çempionatı və festivalı istedadlı futbolçulara şans yaratmağın vacibliyini vurğuladı

Futbol
Dünən, 20:45

Unai Emery: Manchester City üzərində qələbə 'fantastik gün' yaratdı

Digər
Dünən, 20:25

Kür həndbol komandası Avropa Kubokunda Bosniya klubuna məğlub oldu

Digər
Dünən, 20:21

“Kür” komandasının məşqçi köməkçisinin açıqlamaları: gənc heyət, çətin hazırlıq və yeni federasiyanın yaradılmasını gözləyirik

Futbol
Dünən, 20:18

A seriyası: “Komo” Roma ilə xal bərabərliyi əldə etdi, “Bologna” Sardiniyada qalib gəldi

Futbol
Dünən, 20:12

Bakıda 15 yaşadək futbolçular arasında tarixi FIFA turniri başladı

Futbol
Dünən, 20:06

Samir Şərifov: FIFA-nın Azərbaycan U-15 Dünya Çempionatına etimadını yüksək qiymətləndiririk

Futbol
Dünən, 20:00

Enzo Alves 17 yaşında Real Madrid əsas heyətində yer alacaq

Futbol
Dünən, 19:55

Bakıda U-15 Çempionatı: 17 Qol 40 dəqiqədə

Oxşar xəbərlər