top
Venesiya marafonunda 124 ölkədən 24,000 iştirakçı Idman.biz
23 oktyabr 2026, 08:24
- ↺ +

Venesiya marafonunda 124 ölkədən 24,000 iştirakçı

İtaliyanın Venesiya şəhərində keçiriləcək 40-cı marafona 124 ölkədən 24 min nəfər qeydiyyatdan keçib.

İdman.Biz xəbər verir ki, bu barədə Venesiya şəhər rəhbərliyi məlumat yayıb. Oktyabrın 25-də təşkil olunacaq yarışlarda iştirakçılar 10 kilometr, yarımmarafon və marafon məsafələrində mübarizə aparacaqlar.

Əsas marafon məsafəsinə (42,2 kilometr) 10 min 200 nəfər qeydiyyatdan keçib. Bütün qaçış festivalının iştirakçılarının 55 faizindən çoxunu əcnəbilər təşkil edir. Marafonçular arasında isə bu göstərici 70 faizə çatır.

Yarışların keçirilməsinə təxminən iki min könüllü və qaçışçılara müəyyən tempi saxlamaqda kömək edən 146 temp lideri cəlb olunacaq.

Yerli vaxtla saat 08:00-da San-Culiano parkından 10 kilometrlik qaçışa start veriləcək. Yarımmarafon saat 08:45-də Ferretto meydanından, əsas marafon isə təxminən 09:40-da Stradakı Villa Pizanidən başlayacaq.

Marafonçular Brenta çayı boyunca uzanan Rivyera-del-Brenta ərazisindən, Marqera və Mestre yaşayış məntəqələrindən keçərək Azadlıq körpüsü vasitəsilə Venesiyaya daxil olacaqlar.

Marşrutun ən maraqlı hissələrindən biri Böyük kanal üzərində qurulacaq 166 metrlik müvəqqəti ponton körpüdür. İştirakçılar San-Marko meydanından da keçəcəklər. Finiş xətti isə Riva-Sette-Martiri sahilində yerləşəcək.

Qeyd edək ki, açıqlanan 24 min nəfərlik göstərici qeydiyyatdan keçən iştirakçıların sayıdır. Finişə çatan qaçışçıların yekun sayı yarışlardan sonra məlum olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 11:04

Yeni Futsal Mükəmməllik Müsabiqəsində 10 Komanda Rəqabət Aparacaq

Futbol
Bu gün, 11:00

Neftçi, Qəbələ futbolçusu Eşqin Əhmədovu transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 10:54

İtalyan klub Empoli itlə müqavilə imzaladı

Digər
Bu gün, 10:54

131 idmançı AZERFIT layihəsi çərçivəsində monitorinqdən keçdi

Futbol
Bu gün, 10:51

Azərbaycan minifutbol milli komandası Avropa reytinqində ikinci sırada

Futbol
Bu gün, 10:38

Səbail futbol akademiyasının direktoru Mirbağır İsayev istifa etdi

Futbol
Bu gün, 10:23

Xviça Kvaratsxeliya, GQ France jurnalının ilin adamı elan edilməsinə münasibət bildirib

Futbol
Bu gün, 10:20

Xviça Kvaratsxelia 2026-cı ilin "İlin adamı" seçildi

Futbol
Bu gün, 10:04

Marşal Adaları milli komandası FIFA-ya üzv olmaq üçün təlim planlaşdırır;

Qarabağ FK
Bu gün, 10:00

“Taofik İsmailin 1 milyon avroluq transferi Polşada müzakirə olunur”

Basketbol
Bu gün, 09:53

Gəncə Basketbol Klubu Baş Məşqçisi 78:79 Məğlubiyyətini Açıqladı

Futbol
Bu gün, 09:40

Fransa klubu Opendanı icarədən qaytarır

Futbol
Bu gün, 09:37

Ueyn Runi: 'İntihar etməyi düşündüm' – psixoloji çətinlikləri açıq şəkildə izlədi

Futbol
Bu gün, 09:29

Birinci Liqa: Xankəndi, Karvan-Yevlaxı 8-ci turda qəbul edəcək

Futbol
Bu gün, 09:20

Ueston Makkenni Juventusdan ayrılmaq istəmədiyini bəyan etdi

Voleybol
Bu gün, 09:16

Ordu Bakıda Norveç klubunu qarşılayaq: CEV Çelenc Kuboku 1/32 finali

Futbol
Bu gün, 09:08

Luis Enrike: “Səhər saat dörddə işi tərk etmək istəmişdim, amma davam etdim”

Voleybol
Bu gün, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında bu gün oyun keçirir

Futbol
Bu gün, 09:00

Kristiano Ronaldo Yaxın Şərqdə “İlin Ən Yaxşı Futbolçusu” səsverməsində liderdir

Qarabağ FK
Bu gün, 08:40

Aleksey Kaşuk: Ukrayna milli komandasında debut – Ömrümün sonuna kimi xatırlayacağım günlər

Futbol
Bu gün, 08:12

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala iki aylıq fasilədən sonra yenidən oyun sahəsinə qayıdacaq

Futbol
Bu gün, 08:00

Milan və Qalatasaray Bruno Fernandesi azad agent statusunda qoşulmaqla maraqlanır

Futbol
Bu gün, 07:14

Luis Suárez, Messi və Neymarın “Qızıl Buts” mükafatını qazanmasında rolu

Futbol
Bu gün, 06:13

Rüdiger: Mourinyo ilə 33 yaşımda nəhayət yollarımız kəsişdi

Oxşar xəbərlər