UEFA Türkiyənin "Trabzonspor" klubunu cərimələyib.
"Report"un məlumatına görə, buna komandanın Finlandiyada "KuPS"a qarşı keçirdiyi UEFA Konfrans Liqasının I turunun oyununda yaşananlar səbəb olub.
Superliqa klubu azarkeşlərin hərəkətlərinə görə ziyana düşüb.
Sözügedən qarşılaşmada meydana əşyalar atılıb, tərəfdarlar pirotexniki vasitələrdən istifadə edib, digər əşyaları yandırıb və stadiona ziyan vurublar. Fanatlardan biri də meydana girib.