top
Telyo: “Mbappe böyük futbolçudur, amma ən yaxşısı Lamin Yamaldır” Idman.biz
Bu gün, 06:37
- ↺ +

Telyo: “Mbappe böyük futbolçudur, amma ən yaxşısı Lamin Yamaldır”

"Barselona"nın sabiq futbolçusu Kristian Telyo La Liqada "Real Madrid"lə keçiriləcək El-Klasiko öncəsi Kataloniya klubunun vəziyyətini, PSJ-yə məğlubiyyətini və Lamin Yamalın çıxışını şərh edib.

İdman.Biz Cadena SER radiosuna istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın PSJ ilə oyundakı məğlubiyyəti geridə qoyaraq prinsipial qarşılaşmaya hazır çıxacağına inanır.

Telyonun fikrincə, "Barselona" mövsüm ərzində güclü oyun nümayiş etdirib və rəqiblərinin əksəriyyətindən üstün olub. O, PSJ ilə qarşılaşmanın əvvəldən çətin olacağını vurğulayıb:

"Barselona" bu mövsüm ən güclü komandalardan biri olub və bir çox rəqibindən üstün təsir bağışlayıb. PSJ ilə oyunun çətin keçəcəyi əvvəlcədən məlum idi. Rəqib yaxşı formada idi və məğlubiyyət ehtimalı da var idi. Amma düşünürəm ki, həmin nəticə El-Klasikoya təsir etməyəcək".

Sabiq futbolçu "Real Madrid" üzərində qələbənin La Liqada çempionluq mübarizəsi baxımından böyük əhəmiyyət daşıdığını da qeyd edib. Bununla yanaşı, Madrid təmsilçisinin hazırkı formasını yüksək qiymətləndirib:

"Bu, "Barselona" üçün çox vacib oyun olacaq. Üç xal qazanmaq rəqiblə arada ciddi fərq yaratmağa imkan verər. Ancaq düşünürəm ki, "Real Madrid" də hazırda yaxşı vəziyyətdədir. Son iki matçda çoxlu qol vurublar və özlərinə inamları yüksəkdir. Ümid edirəm ki, gərgin və baxımlı oyun izləyəcəyik".

Telyo El-Klasiko ərəfəsində hakimliklə bağlı yaranan mübahisələrə də münasibət bildirib. Onun sözlərinə görə, "Barselona" diqqətini meydandan kənarda baş verən hadisələrə yönəltməməlidir:

"Məncə, Mourinyonun istədiyi oyun məhz budur. O, həmişə diqqəti futboldan yayındırmağa çalışıb. Buna görə də "Barselona" yalnız qarşısındakı oyuna köklənməlidir".

"Qızıl top" uğrunda mübarizəyə də toxunan keçmiş futbolçu Lamin Yamalı Kilian Mbappedən üstün tutub:

"İndi Lamin Yamalın zamanıdır. Mbappe böyük futbolçudur, amma məncə, ən yaxşısı Lamindir".

Telyo "Barselona"nın hücum xəttində çıxış edən Kərim Adeyemi və Entoni Qordonun oyununu da yüksək qiymətləndirib. Onun fikrincə, hər iki futbolçu Flikin sürətə və cinahlardan hücumlara əsaslanan oyun sisteminə yaxşı uyğunlaşıb:

"Onların hər ikisi çox yaxşı futbolçudur və məşqçinin tələblərinə əla uyğunlaşıblar. Komandaya sürətli, cinahlarda yaxşı oynayan futbolçular lazımdır. Açığı, bu komandaya kənardan baxanda özüm də orada oynamaq istərdim. Onlar birbaşa hücuma yönəlmiş futbol sərgiləyirlər. Belə üslubda oynamaq həqiqətən zövq verir".

"Barselona" və "Real Madrid" arasında El-Klasiko bazar günü "Kamp Nou" stadionunda keçiriləcək. Telyo qarşılaşmanın gərgin keçəcəyini gözləyir və keçmiş komandasının ətrafdakı mübahisələrdən yayınaraq bütün diqqətini oyuna yönəltməsinin vacibliyini vurğulayır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 07:14

“Liverpul” 19 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır

Futbol
Bu gün, 06:08

Real Madrid baş məşqçisi Mourinyonun oyunçularla münasibətləri yaxşılaşdırma təşəbbüsü

Futbol
Bu gün, 05:11

“Flamengo”da çıxış edən keçmiş “Chelsea” və “Arsenal” futbolçısı dopinq ittihamı ilə üzləşib – uzun müddətli diskvalifikasiya riski

Futbol
Bu gün, 04:15

Xabi Alonso “Çelsi”nin müdafiə və hücumunda irəliləyiş olduğunu açıqladı

Futbol
Bu gün, 03:01

Bakıda keçirilən FIFA U-15 çempionatı Avropa klublarının skautları üçün yeni istedad axtarışı məkanıdır

Cüdo
Bu gün, 02:23

Nazim Sadıxov New Yorkda “THE KAGE: Chapter 01” şousunda şərhçi və çempionluq kəmərini təqdim edən kimi çıxış edəcək

Futbol
Bu gün, 02:04

Marko Roze: Manchester United oyunda qəzəbli və aqressiv olacaq

Futbol
Bu gün, 01:41

Almaniya və Avstriyanın Bakıda keçirilən FIFA U-15 dünya çempionatına qatılmama səbəbləri açıqlanıb

Aİ analiz
Bu gün, 01:35

RUN X World Treadmill Championship başladı, 100 min dollar mükafat fondu ilə

Futbol
Bu gün, 01:24

Azərbaycan U-15 millisi Malta komandasına 1:0 hesabıyla məğlub oldu

Futbol
Bu gün, 01:18

FIFA prezidenti Canni İnfantino U-15 dünya çempionatı üçün Bakıya gəlib

Futbol
Bu gün, 01:12

İngiltərə Premyer Liqasında İpsviç Taun və Nottingem Forest heç-heçəyə qoşdu: 1:1

Futbol
Bu gün, 01:06

Alaves son dəqiqədə vurduğu qolla Malaga qarşısında 1:1 hesabla heç-heçəyə imza atdı

Futbol
Bu gün, 00:57

Fransa Liqa 1: "Nitsa" "Brest"ə səfərdə 1:2 hesabı ilə geri qayıdaraq qalib gəldi

Futbol
Bu gün, 00:54

Torino, Monza qarşısında 3:2 hesabı ilə qalib gəldi

Futbol
Bu gün, 00:51

Elvin Yunuszadənin komandası Boluspor, Vanspor qarşısında 0:3 məğlub oldu

Futbol
Bu gün, 00:42

"Borussiya" Bundesliga yeddinci turda "Ştutqart"ı 3-2 məğlub edərək ilk qələbəsini qazandı

Futbol
Bu gün, 00:34

PSJ‑nin “Lion”la qarşılaşması 26 oktyabrda keçir – Uğursuz statistikaya görə gərginlik

Futbol
Bu gün, 00:30

Zirə – Sumqayıt matçının 5 qol video icmalı

Futbol
Bu gün, 00:19

Azərbaycan U-15 futbolçuları Malta yığmasına 0:1 hesabı ilə məğlub oldu

Futbol
Bu gün, 00:07

Cəlal Hüseynovun çıxış etdiyi 'Petrolul' komandası Botoşani’ni 3:1 məğlub etdi

Futbol
Dünən, 23:45

FIFA U-15 Dünya Çempionatı iştirakçılarının Bakıda pozitiv görüntüləri

Güləş
Dünən, 23:33

Azərbaycan güləşçilərinin Dünya Çempionatında ilk qarşılaşdıqları rəqiblər müəyyən olundu

Oxşar xəbərlər