top
Tebas “Real Madrid” qalmaqalında geri çəkilmir: “Mən hələ də buradayam” Idman.biz
Bu gün, 19:25
- ↺ +

Tebas “Real Madrid” qalmaqalında geri çəkilmir: “Mən hələ də buradayam”

İspaniya futbolunda "Real Madrid"lə La Liqanın prezidenti Xavyer Tebas arasında yaranan qalmaqal yeni mərhələyə keçib. Funksioner barəsində İdman üzrə İnzibati Tribunala (TAD) edilən müraciətə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, İspaniyanın Ali İdman Şurası (CSD) Tebasın "Real Madrid"in kommunikasiya strategiyasını nasist Almaniyasının təbliğat üsulları ilə müqayisə etməsi ilə bağlı açıqlamalarının qiymətləndirilməsi üçün TAD-a müraciət edib.

La Liqa prezidenti X sosial şəbəkəsində paylaşdığı geniş açıqlamada bu addımı tənqid edib:

"Yenə eyni hadisə təkrarlanır. Ali İdman Şurasından İdman üzrə İnzibati Tribunala növbəti müraciət və yenə mənim mümkün diskvalifikasiyam haqqında başlıqlar. Formal səbəblər dəyişir, amma israr əvvəlki kimi qalır. Biz buna hazır idik: istənilən bəhanə işə yarayacaq.

Ancaq məni başqa bir şey təəccübləndirir - səssizlik. Dövlətin idman məsələləri üzrə katibindən və ya CSD rəhbərliyindən La Liqanı və hakimlər korpusunu ittiham edənlərə qarşı bircə qınaq sözü belə eşitməmişik. Halbuki bu ittihamlar "Real Madrid" rəhbərliyindən və dövlət lisenziyası əsasında fəaliyyət göstərdiyini xatırlatmaq istədiyim klub televiziyasından gəlir. Onlar korrupsiyadan, "nüfuzdan düşmüş" yarışdan, guya əllərindən alınmış çempionluqlardan danışırlar...

BİR KƏLMƏ BELƏ YOX. NİYƏ?

Məgər hakimlik sistemini korrupsiyada ittiham etmək və turnirimizi saxtakarlıq kimi təqdim etmək idmanın ləyaqətinə və ədəb normalarına xələl gətirmir? Məgər bu, klublara, hakimlərə və milyonlarla azarkeşə zərər vurmur? Yoxsa bu dəyərlər yalnız kimsə belə hücumlara cavab vermək qərarına gəldikdə ictimai müdafiəyə layiq görülür?

Paylaşımımda təbliğat üsulları ilə ideologiya arasında aydın fərq qoymuşam. Bu fərq əvvəldən mətndə mövcud idi. TAD mənim əslində nə yazdığımı, tam kontekstdə və bütövlükdə qiymətləndirməli olacaq. İş o yerə çatsa, məhkəmələr də eyni şeyi etməlidir.

Mən artıq "Olmo işi" zamanı baş verənləri, nahar süfrələrində və ya öz adi çevrələrində hər şeyin bitdiyi ilə öyünənləri xatırlatmışam. Belə söhbətlər çoxdan dolaşır. Buna baxmayaraq, mən hələ də buradayam.

Yarışı müdafiə etmək onu daim nüfuzdan salmağa çalışanlara cavab verməyi də nəzərdə tutur. Bu, mənim vəzifələrimin bir hissəsidir və onları yerinə yetirməyə davam edəcəyəm. CSD rəhbərliyinə gəlincə, bu barədə hələ danışacağıq".

Xatırladaq ki, qalmaqal Tebasın "Real Madrid"in və klub televiziyasının informasiya siyasətini nasist Almaniyasında istifadə olunan təbliğat üsulları ilə müqayisə etməsindən sonra başlayıb. Madrid klubu bu açıqlamaları qəbuledilməz sayaraq onun istefasını tələb edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 20:39

“Bavariya”ya ağır zərbə: Luis Dias bir neçə həftə oynaya bilməyəcək

Digər
Bu gün, 20:27

"Real"ın prezidenti "El Klasiko"da iştirak etməyəcək

Futbol
Bu gün, 20:20

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri məlum oldu

Cüdo
Bu gün, 20:13

Lökbatanda "TT FIGHT" peşəkar döyüş klubunun yeni idman zalı açıldı

Futbol
Bu gün, 20:05

Harri Keyn birinci, Yamal ikinci, Mbappé üçüncü

Cüdo
Bu gün, 20:01

Azərbaycan veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

Futbol
Bu gün, 19:51

Famil Xəlilov: Azərbaycan U-15 Dünya Çempionatında layiqincə təmsil olunmaqdır

Futbol
Bu gün, 19:51

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri Azərbaycan və Özbəkistanda rəsmi olaraq açıqlanıb

Futbol
Bu gün, 19:47

Fəridə Lüftəliyeva UEFA tərəfindən üç beynəlxalq oyunla təyin edilib

Digər
Bu gün, 19:43

Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

Digər
Bu gün, 19:39

Yamal və Pedri Flikin qərarına baxmadılar - “El Klasiko” öncəsi gözlənilməz addım

Digər
Bu gün, 19:28

“Bir gün La Liqada oynamaq istərdim”

Digər
Bu gün, 19:21

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Digər
Bu gün, 19:20

Keyn "Bavariya"nın əfsanəsini keçdi: Çempionlar Liqası tarixinin ən yaxşı 8 bombardiri siyahısına daxil oldu

Digər
Bu gün, 19:11

“Mançester Yunayted” Karriklə bağlı qərarını verdi - ağır məğlubiyyətdən sonra

Futbol
Bu gün, 18:59

Mauro İkardi Betislə görüşlər keçirir

Futbol
Bu gün, 18:56

Mançester Siti'li Fil Foden Çempionlar Liqasında üçüncü turun ən yaxşı futbolçusu seçildi

Digər
Bu gün, 18:43

“Beşiktaş”ın baş məşqçisindən “Kristal Palas”la oyun öncəsi qərar

Digər
Bu gün, 18:35

“Səbail” iki Avropa klubu ilə əməkdaşlığa hazırlaşır

Digər
Bu gün, 18:29

“Bizi gözəl günlər gözləyir, buna inanıram”

Qarabağ FK
Bu gün, 18:29

Vaqif Cavadov “Sabah” - “Qarabağ” qarşılaşmasından gözləntilərini bölüşdü

Digər
Bu gün, 18:23

Argentina millisi Skaloni ilə razılıq əldə etdi

Futbol
Bu gün, 18:10

Arsen Vengerin Bakıya səfəri ehtimalı – Asim Xudiyev məşhur fransalı mütəxəssislə görüşüb

Oxşar xəbərlər