top
Tarixi nailiyyət: Avropa Ağırlıqqaldırma Akademiyası Azərbaycanda İdman.biz
04 dekabr 2024, 19:26
- ↺ +

Tarixi nailiyyət: Avropa Ağırlıqqaldırma Akademiyası Azərbaycanda

Azərbaycan ağırlıqqaldırma idmanında tarixi ilkə imza atılıb.

İdman.biz xəbər verir ki, Avropa Ağırlıqqaldırma Akademiyası Azərbaycanda olacaq.

Dekabr ayının 4-də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) Bəhreyndə keçirilmiş növbəti konqresində, Azərbaycanda Avropa Ağırlıqqaldırma Akademiyasının qurulmasına namizədlik təqdimatı böyük maraqla qarşılanıb. Azərbaycan Respublikasının Gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Ağırlıqqaldırma federasiyasının prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudovun da qatıldığı tədbirdə təqdimatı AAF-ın təmsilçisi Turab Teymurov edib. Təqdimat zamanı konqres iştirakçılarına ölkəmizin tarixi, bu günü, turizm potensialı, geniş infrastruktur imkanları, beynəlxalq tədbirlərin təşkili üzrə böyük təcrübəsi, idman nailiyyətləri, həmçinin Azərbaycan Prezidenti Cənab İlham Əliyevin idmana dövlət səviyyəsində diqqət və qayğı göstərdiyi barədə məlumat verilib, xüsusi videoçarx nümayiş etdirilib. Təqdimat iclas iştirakçılarının alqışları ilə qarşılanıb, Avropa Ağırlıqqaldırma Akademiyasının məkanı statusunu qazanan ölkəmiz təbrik edilib.

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud və digər rəsmilər Azərbaycanda idmana göstərilən diqqəti xüsusi fərqləndirib və Akademiyanın fəaliyyətində uğurlar arzulanıb.

Avropa Ağırlıqqaldırma Akademiyasında beynəlxalq məşqçilik kursları, lisenziyalaşdırma üzrə seminar və mühazirələr, həmçinin müvafiq hakimlik məşğələləri, idmançılar üçün dərslər, kateqoriya və ixtisas təlimləri keçilib. Akademiyadakı tədrisdə Avropa və ehtiyac olacağı təqdirdə yaxın region ölkələrinin nümayəndələrinin iştirakı təmin ediləcək. Akademiyanın Bakıdakı ASK Arenada yerləşməsi nəzərdə tutulub.

Qeyd edək ki, dünyada cəmi 5 belə Ağırlıqqaldırma Akademiyası qurulacaq. Azərbaycanla yanaşı bu hüquqa Asiyada Çin, Afrikada Misir, Amerikada Kuba, Okeaniyada isə Samoa sahib olub. Bununla yanaşı, konqresdə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının ayrı-ayrı komitələrinin hesabatları dinlənilib, kommersiya tərəfdaşlarının təqdimatı baş tutdu. IWF-in konstitusiyasına təklif edilən dəyişikliklər ümumi səsvermə yolu ilə qəbul edilib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər