Futbol üzrə Misli Premyer Liqasının doqquzuncu turunda "Kəpəz"i qəbul edəcək "Şəfa"nın heyəti ilə bağlı son vəziyyət məlum olub.
Bu barədə "hepardlar"ın sözçüsü Heybət Məmmədov məlumat verib.
"Cəzalı futbolçu yoxdur. Zədəli müdafiəçi Nurhan Hacıyevdir. Hacıyev əvəzedici komandanın oyununda ciddi xəsarət alıb. Onun xaçvari diz bağları qopduğu üçün əməliyyat ediləcək", - deyə o fanat.az-a açıqlamasında söyləyib.
"Şəfa" - "Kəpəz" oyunu oktyabrın 24-də keçiriləcək. "SOCAR Polymer Arena"da reallaşacaq qarşılaşmanın start fiti 16:30-da səsləndiriləcək.
Nurhan Hacıyevin MPL oyunlarında adı iştirak ərizəsinə salınsa da, hələ Bakı klubunun forması ilə elitada debüt etməyib.