"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında üçüncü oyununa çıxacaq.
"Report"un məlumatına görə, Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv Bakıda Almaniyanın "Borussiya" (Dortmund) klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Əlincə stadionunda, saat 15:00-da start götürəcək.
Görüşün baş hakimi Giorgi Avazaşvili (Gürcüstan) olacaq.