top
“Sabah”ın müdafiəçisi Bakıda Lamin Yamalı meydanda rahat buraxmayacağına söz verdi Idman.biz
Bu gün, 13:44
- ↺ +

“Sabah”ın müdafiəçisi Bakıda Lamin Yamalı meydanda rahat buraxmayacağına söz verdi

"Sabah" futbol klubunun müdafiəçisi Timoteuş Puxaç noyabrın 25-də Bakıda "Barselona"ya qarşı keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, polşalı futbolçu Kataloniya təmsilçisinin ulduzu Lamin Yamalı zərərsizləşdirmək üçün hansı taktikadan istifadə edəcəyini açıqlayıb.

27 yaşlı müdafiəçi ispaniyalı vingerin oyunlarını diqqətlə izlədiyini, lakin onun meydandakı hərəkətlərinin rəqib müdafiəçilər üçün ciddi problemlər yaratdığını bildirib.

"Barselona"nın oyunlarını izləyirəm və əsəbiləşirəm. Çünki Yamal nə edirsə etsin, yenə də təhlükə yaradır", - Puxaç "Kanal Sportowy" nəşrinə müsahibəsində deyib.

"Sabah"ın futbolçusunun sözlərinə görə, Yamal hər iki istiqamətdə hücuma keçərkən təhlükəlidir.

"Ona sağa keçməyə imkan versən, qapıya zərbə endirə bilər. Sola hərəkət edərkən isə cəmi yarım metr boşluq buraxsan, topu qapının yuxarı küncünə göndərə bilər. Hələlik onu dayandırmağın ideal yolunu bilmirəm. Bəlkə də, daim yanında olmalıyam", – müdafiəçi gülümsəyərək bildirib.

Puxaç hesab edir ki, Yamalı yalnız fərdi mübarizə ilə dayandırmaq çətin olacaq. Onun sözlərinə görə, ispaniyalı futbolçunun sürətlənməsinə mane olmaq bütün komandanın vəzifəsidir. Komanda yoldaşları Yamalı əlverişli mövqedə topla təmin edə bilsələr, onu dayandırmaq daha da çətinləşəcək.

Bununla belə, polşalı müdafiəçi rəqibinə qarşı öz taktikasını müəyyənləşdirib.

"Lamin Yamala meydanda rahatlıq verməyəcəyəm. Mümkün qədər yaxın oynamağa və bir santimetr də boş yer qoymamağa çalışacağam", - Puxaç vurğulayıb.

O, Yamalın daim yaxınlığında olacağını, ona fiziki təzyiq göstərəcəyini və topu rahat qəbul etməsinə imkan verməyəcəyini bildirib.

"Qarşımdakı vəzifənin nə qədər çətin olduğunu yaxşı anlayıram. Amma belə bir qarşılaşmada itirəcəyim, demək olar ki, heç nə yoxdur. Əksinə, yalnız qazana bilərəm. Yamal hamını keçməyi bacarır. Əgər məni keçə bilməsə, deməli, qalib mən olacağam", - "Sabah"ın müdafiəçisi qeyd edib.

Puxaç Yamalı uğurla zərərsizləşdirməyin mümkünlüyünə nümunə kimi İngiltərənin "Nyukasl" klubunun müdafiəçisi Lyuis Hollun oyununu göstərib. Onun sözlərinə görə, Holl Çempionlar Liqasının qarşılaşmasında ispaniyalı vingerə ciddi çətinliklər yaradıb.

"Lyuis Hollun "Nyukasl"ın heyətində Yamala qarşı oyununa diqqət yetirdim. O, məsafəni mümkün qədər azaldır, rəqibinə yaxın oynayır və ikili mübarizələrdən çəkinmirdi. Bəlkə də, "Barselona" ilə görüşdən əvvəl həmin matça yenidən baxacağam ki, onun oyunundan bəzi məqamları öyrənim", - polşalı futbolçu bildirib.

Bununla yanaşı, Puxaç dünya futbolunun ulduzlarından biri ilə qarşılaşmağı özü üçün dəyərli təcrübə hesab edir.

"Belə futbolçuya qarşı oynadığın matçı ömür boyu xatırlayırsan. Onu iki-üç dəfə dayandıra bilsən, bu, artıq qələbədir", - müdafiəçi vurğulayıb.

Onun fikrincə, bu cür qarşılaşmalar futbolçulara öz imkanlarını sınamaqla yanaşı, dünya futbolunun ən güclü oyunçularına qarşı mübarizə təcrübəsi qazanmaq imkanı da verir.

Xatırladaq ki, "Sabah" oktyabrın 20-də Çempionlar Liqasının üçüncü turunda Dortmund "Borussiya"sına 1:2 hesabı ilə uduzub. Puxaç həmin görüşdə məhsuldar ötürmə ilə yadda qalıb. Bununla belə, müdafiəçi oyundan sonra nəticədən narazı qaldığını bildirib. Onun sözlərinə görə, Azərbaycan təmsilçisi heç-heçə edə bilərdi.

"Barselona" ilə ev oyunundan əvvəl "Sabah" noyabrın 4-də Norveçdə "Vikinq"lə qarşılaşacaq.

"Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 14:48

“Sabah” – “Qarabağ”: Mərdəkanın yeni “Sabah Arena”da köhnə rəqabət və liderlik mübarizəsi – İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 14:41

Sabah futbol komandası baş məşqçisi Valdas Dambrauskas ildə 50 kitab oxuyur

Futbol
Bu gün, 14:40

Kəpəz – Şəfa matçı kinoteatrda nümayiş olunur

Digər
Bu gün, 14:33

Azərbaycanlı namizəd dünya güləşinin prezidentliyinə iddialıdır: Namiq Əliyev kimdir?

Digər
Bu gün, 14:26

İspaniyada Messinin qaldığı otelin önündə böyük İZDİHAM

Qarabağ FK
Bu gün, 14:25

“Qarabağ”ın sabiq hücumçusu oyunda kütləvi davaya səbəb oldu - VİDEO

Digər
Bu gün, 14:20

“Azərbaycan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır”

Futbol
Bu gün, 14:05

Koy-Leons Mikelsin "Borussiya Mönhenqladbax"a şəxsi arzusuna baxmayaraq, clubdan rəsmi transfer təklifi olmamışdır

Qarabağ FK
Bu gün, 13:53

“Turan Tovuz”un hücumçusu İbrahima Vadji Fransa mediasında ön plandadır - FOTO

Digər
Bu gün, 13:40

"Ayntraxt" sabiq futbolçusunu idman direktoru postuna dəvət etmək istəyir

Digər
Bu gün, 13:20

"Nyukasl"ın sabiq baş məşqçisi "Mançester Yunayted"in "sükanı arxasına" keçə bilər

Digər
Bu gün, 13:17

“Şəfa”nın baş məşqçisi Vasif Haqverdiyev 5 oyunluq cəzalandırıldı

Formula 1
Bu gün, 13:14

Avstraliya Qran-prisində kenqurunun trasda peyda olması MotoGP məşqini dayandırdı

Digər
Bu gün, 13:13

İntizam Komitəsi iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb

Futbol
Bu gün, 13:06

FİFA U-15 Dünya Çempionatına ev sahipliyi edən Hövsan Yarış Kompleksi hazırdır

Futbol
Bu gün, 13:00

Zirə Sumqayıtı 22 oyunda məğlub edə bilmədi

Futbol
Bu gün, 12:59

Tacikistanlı futbolçu Hüseynconi Bobocan: “Bakıda dünya çempionatı üçün hazırlanan meydançalar gözəldir”

Futbol
Bu gün, 12:50

Sumqayıtın kapitanı İsa Sülumbra U-15 komandasının məşqində iştirak edib

Qarabağ FK
Bu gün, 12:45

“Qarabağ”ın sabiq futbolçusu 6 milyonluq dələduzluğun qurbanı olub

Digər
Bu gün, 12:40

ABL: IV turun ilk mtçında "Sabah" NTD-yə qarşı

Qarabağ FK
Bu gün, 12:35

Şahin Diniyev: "Sabah"ı indiki formasına görə "Qarabağ"dan bir pillə öndə görürəm"

Digər
Bu gün, 12:29

Arda Gülər kamera qarşısına keçdi – 4,5 milyon qazandı

Digər
Bu gün, 12:23

“Barselona”nın əfsanəsi Azərbaycandakı dünya çempionatından danışdı

Oxşar xəbərlər