Türkiyə Superliqasının IX turunda keçiriləcək \"Qalatasaray\" - \"Fənərbağça\" oyununun baş hakimi açıqlanıb.
\"Report\" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
İstanbul derbisi FIFA referisi Atilla Karaoğlana tapşırılıb.
Xatırladaq ki, \"Qalatasaray\" - \"Fənərbağça\" oyunu oktyabrın 26-da, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.