top
Parisdə “Azərbaycan Olimpiya Evi”nin açılışı olub İdman.biz
28 iyul 2024, 11:29
- ↺ +

Parisdə “Azərbaycan Olimpiya Evi”nin açılışı olub

Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində 33-cü Yay Olimpiya Oyunları münasibətilə "Azərbaycan Olimpiya Evi"nin açılışı olub.

İdman.biz xəbər verir ki, açılış tədbirində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Türkiyənin Fransadakı səfiri Yunus Demirer, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Rusiya səfirliyinin müvəqqəti işlər vəkili, bir çox ölkələrin olimpiya komitələrinin, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək ölkəmizin 33-cü Yay Olimpiya Oyunlarında 48 idmançı ilə 15 idman növündə təmsil olunduğunu bildiriblər. Azərbaycanın Olimpiya tarixi haqqında məlumat verərək ölkəmizin ilk dəfə 1996-cı ildə müstəqil ölkə kimi Olimpiya Oyunlarına qatıldığını qeyd ediblər. Həmin vaxtdan da Azərbaycan idmançıları Olimpiya Oyunlarında böyük uğurlara imza atıblar. 33-cü Yay Olimpiya Oyunlarında da azərbaycanlı idmançıların böyük uğurlara nail olacaqları və Vətənə alnıaçıq, üzüağ qayıdacaqları vurğulanıb.

Qeyd edilib ki, 33-cü Yay Olimpiya Oyunları müddətində "Azərbaycan Olimpiya Evi"nın əsas məqsədi tariximizi, mədəniyyətimizi, musiqimizi, mətbəximizi təbliğ və təşviq etməkdir. Həmçinin burada idmançılarımızın qələbələri qeyd olunacaq. "Azərbaycan Olimpiya Evi" hər gün bir tematika ilə fəaliyyət göstərəcək.

Azərbaycanı sevən hər kəs burada idmançılarımızın uğurlarını izləyə, eləcə də idmançılarımızın fanları burada onlarla görüşə biləcəklər.

Tədbir zamanı Azərbaycan Olimpiya Komitəsinin nəşrləri nümayiş olunub və tədbir iştirakçılarına paylanılıb.

Sonda gənc ifaçı Mərdan Kazımovun ifasında Azərbaycan musiqiləri təqdim olunub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Oxşar xəbərlər