Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
İdman.biz xəbər verir ki, bu gün start götürən qılıncoynatma yarışı əlamətdar hadisə ilə yadda qalıb.
Kişi sablyasında Olimpiadaların Aron Siladyi hegemonluğu başa çatıb. London-2012, Rio-2016 və Tokio-2020-də çempion olan macar idmançı bu dəfə titulunu qoruya bilməyib. O, 1/16 finalda kanadalı Faras Arfeyə 8:15 hesabı ilə uduzub.
Qeyd edək ki, Olimpiadaya avqustun 11-də yekun vurulacaq.
İdman.biz