"2024-cü ildə bütün titullara yiyələndim. Karyeramdakı hədəflərimdən biri təkcə öz çəkimdə yox, bütün çəkilər üzrə ilin ən yaxşı parataekvondoçusu seçilmək idi".
İdman.biz xəbər verir ki, bunu Dünya Taekvondosu tərəfindən ilin ən yaxşı kişi parataekvondoçusu seçilən İmaməddin Xəlilov deyib.
70 kq-da dünya reytinqinin lideri olan İmaməddin əldə etdiyi uğura münasibət bildirib: "Sevinirəm ki, buna nail oldum. Özümlə qürur duyuram. Bu uğurların davamlı olması və Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandırmaq üçün çalışmağa davam edəcəyəm".
Qeyd edək ki, K44 kateqoriyasında çıxış edən Xəlilov paralimpiya, dünya və Avropa çempionu titullarına yiyələnib.
İdman.biz