İspaniyanın "Atletik" klubunun futbolçusu Niko Uilyams karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
İdman.Biz "El Nacional" nəşrinə istinadla xəbər verir ki, ispaniyalı cinah oyunçusunun mümkün seçimləri arasında Londonun "Arsenal" və "Çelsi" klubları yer alır. Hər iki komanda futbolçunun xidmətində maraqlı ola biləcək namizədlər kimi göstərilir.
Uilyams daha əvvəl "Atletik"lə müqaviləsini 2035-ci ilin yayına qədər uzadıb. Buna baxmayaraq, onun gələcəyi ilə bağlı transfer xəbərləri gündəmdə qalır.
Qeyd edək ki, hazırda futbolçunun İngiltərə klublarından hər hansı biri ilə razılığa gəldiyinə dair rəsmi məlumat yoxdur.