top
Nazim Süleymanov U-15 dünya çempionatından gözləntilərini açıqladı Idman.biz
Bu gün, 17:10
- ↺ +

Nazim Süleymanov U-15 dünya çempionatından gözləntilərini açıqladı

"Bu cür dünya çempionatı və festivalda iştirak etmək hər bir futbolçu üçün böyük şansdır. Bu fürsətdən maksimum istifadə etmək lazımdır".

İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının sabiq futbolçusu Nazim Süleymanov jurnalistlərə açıqlamasında Bakıda təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalı barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis milli komandamızdan gözləntilərini bölüşüb, azarkeşləri komandaya dəstək olmağa çağıraraq tədbirin əhəmiyyətini vurğulayıb:

"Milli komandamızdan, əlbəttə ki, qələbələr gözləyirik. İnanıram ki, bu təcrübə gənc oyunçularımızın gələcəkdə böyük futbolçu kimi formalaşmasına təkan verəcək. Bu imkanı AFFA rəhbərliyi yaradıb və futbolçularımız üçün lazımi şəraiti təmin edib. İnanıram ki, gənc futbolçular meydana qələbə əzmi ilə çıxaraq hamımızı sevindirəcəklər.

189 ölkənin iştirak edəcəyi bu çempionat analoqu olmayan bir tədbirdir. Bu, böyük sevinc və əsl futbol bayramıdır. Fürsətdən istifadə edərək bütün futbolsevərləri bu bayramda iştirak etməyə dəvət edir, onları təbrik etmək istəyirəm".

Qeyd edək ki, Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında 8-ə 8 formatında mübarizə aparacaq Azərbaycan millisi "AF" qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timor seçmə komandaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnurin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.

Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:10

Arsen Venger Bakıya gəlir? - Asim Xudiyev məşhur mütəxəssislə görüşüb

Digər
Bu gün, 18:00

Klub rəhbərliyinə səsləndi: "Dinamo"nu çalışdırmağa Vernidubdan ideal namizəd yoxdur"

Futbol
Bu gün, 17:58

Sergi Yalçın Türkiyə milli yığmasının yeni baş məşqçisi təyin olundu və 4 illik müqavilə imzaladı

Basketbol
Bu gün, 17:55

"Sabah" basketbol komandası Mersinsporun kapitanı Orxan Aydın Hacıyevi transfer edib

Digər
Bu gün, 17:47

Famil Xəlilov: “Məqsədimiz Azərbaycanı layiqincə təmsil etməkdir”

Digər
Bu gün, 17:45

II Liqada 12 oyunun vaxtı bəlli oldu

Digər
Bu gün, 17:42

“Real” ikiillik boykotdan sonra “Qızıl top” mərasiminə qayıdır

Digər
Bu gün, 17:40

Lamin Yamal Londona şəxsi təyyarə ilə yollanacaq

Digər
Bu gün, 17:37

“Mançester Yunayted”in 746 gündür saçını kəsdirməyən azarkeşi: “Utanıram”

Futbol
Bu gün, 17:20

I Liqada 6-cı turun nəticələri

Futbol
Bu gün, 17:18

Portuqaliya millisində Ronaldunun qayıtması üçün sərt şərtlər tələb olunur

Futbol
Bu gün, 17:03

Şahdağ-Qusar yarımmüdafiəçisi Mahrab Baxşalı: Çempionluqdan irəli heç nə yoxdur

Futbol
Bu gün, 17:00

Şamaxı Şəfa'yı məğlub etdi: Oruc Məmmədov nəticələrin gözlənilmədiyini vurğuladı

Futbol
Bu gün, 16:55

Klopp, “El‑Klasiko”da Barcelona’yı dəstəkləyəcəyini açıqladı

Digər
Bu gün, 16:47

“Şəfa”da “Kəpəz”lə oyun öncəsi itki

Digər
Bu gün, 16:40

Kontenin “Mançester Yunayted”ə keçidi sual altındadır

Digər
Bu gün, 16:40

UEFA Fransa klubunu böyük məbləğdə cərimələyəcək

Digər
Bu gün, 16:31

“Mingəçevir”də dəyişiklik: investorlarla yollar ayrıldı, baş məşqçi də gedə bilər

Digər
Bu gün, 16:24

Florentino Peres “El-Klasiko”ya getməyəcək: “Real” və “Barselona” arasında gərginlik davam edir

Digər
Bu gün, 16:20

“Arsenal”da ciddi itki

Futbol
Bu gün, 16:02

Trent Aleksander‑Arnold Real'dan ayrılacaq? Liverpool onu geri almaq istəyir

Futbol
Bu gün, 16:00

Nigeriyalı futbolçu Favaz Abdullahi Azərbaycandan təklif aldı

Digər
Bu gün, 15:47

İlk dəfə təyyarəyə minənlər, küçə futbolundan DÇ-yə yüksələnlər: Bakıda U-15 mundialının duyğulu hekayələri - İDMAN.BİZ-in İCMALI

Oxşar xəbərlər