top
Mourinyo El-Klasiko öncəsi “Barselona”ya söz atdı: “Bizi də bezdirən şeylər var” Idman.biz
Bu gün, 00:38
- ↺ +

Mourinyo El-Klasiko öncəsi “Barselona”ya söz atdı: “Bizi də bezdirən şeylər var”

"Real Madrid"in baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasının onuncu turunda "Barselona" ilə keçiriləcək səfər oyunu öncəsi mətbuat konfransında diqqətçəkən açıqlamalar verib. Portuqaliyalı mütəxəssis xüsusilə hakimliklə bağlı mübahisələrə və Kataloniya klubunun futbolçusu Fermin Lopesin sözlərinə münasibəti ilə diqqət çəkib.

İdman.Biz RTVE-yə istinadən xəbər verir ki, Mourinyo Fermin Lopesin Madrid klubunun hakimlər barədə şikayətlərindən bezdiklərini söyləməsinə belə cavab verib:

"Bizi isə hələ də davam edən başqa şeylər bezdirir. Fermini də, özünün dediyi kimi, bizim söylədiklərimiz bezdirir".

Mourinyo El-Klasikonun komandasının titul qazanmaq imkanlarını müəyyənləşdirəcək sınaq olması fikri ilə də razılaşmayıb:

"Xeyr. Mourinyo ilə "Real Madrid" titullar qazanır".

Portuqaliyalı mütəxəssis "Barselona"nın baş məşqçisi Hans-Diter Flik haqqında sualı isə qısa cavablandırıb:

"Rəqiblərimiz haqqında niyə mənə suallar verdiyinizi başa düşmürəm. Flik barədə nə deməyimi istəyirsiniz? O, əla məşqçidir, işini çox yaxşı görür. Bundan artıq heç nə deyə bilmərəm".

"Barselona"nın gənc ulduzu Lamin Yamal barədə danışan Mourinyo ona xüsusi hörmətlə yanaşdıqlarını, lakin oyun planlarını bir futbolçuya görə dəyişməyəcəklərini vurğulayıb:

"O, böyük futbolçudur və belə oyunçulara hörmət etmək lazımdır. Amma hörmət etmək başqa, planlarını, oyun quruluşunu dəyişmək və öz mahiyyətini unutmaq başqadır. Biz bunu nə ona, nə də başqa yüksək səviyyəli rəqibə görə edəcəyik".

Baş məşqçi komandaların son nəticələrinin El-Klasikoda həlledici rol oynamayacağını düşünür:

"Hazırda yaxşı formadayıq, qələbələr qazanırıq, yaxşı oynayırıq, qollar vururuq. Amma El-Klasikoda bunların təsiri yoxdur. Belə qarşılaşmalar fərqlidir. Təcrübəmə əsasən deyə bilərəm ki, əvvəlki nəticələrin bu oyunlarda böyük əhəmiyyəti olmur. "RB Leypsiq"ə 4:1 hesabı ilə qalib gəlmək əvəzinə, eyni hesabla uduzsaydıq belə, bu oyuna münasibətim dəyişməzdi".

Mourinyo "Real Madrid"in hazırkı səviyyəsinə yönələn tənqidlərə də toxunub:

"Biz cəmi üç aydır birlikdə işləyirik. Mövsümöncəsi hazırlığı və futbolçuların milli komandalara getdiyi müddəti çıxsaq, faktiki olaraq ayyarım-iki aydır çalışırıq. Hələ formalaşma mərhələsindəyik. Bu vəziyyətdə olan komandanı iki-üç ildir birlikdə oynayan kollektivlə müqayisə etmək ədalətli deyil. Pis oynayanda və ya nəticə uğursuz olanda tənqidlərin olması isə normaldır".

Hakim təyinatı ilə bağlı sualı cavablandıran mütəxəssis onun üçün əsas məsələnin qaydalara əməl olunması olduğunu söyləyib:

"Hakimin kimliyi məni heç vaxt narahat etməyib. Mən həmişə hakimin yaxşı olduğuna inanaraq başlayıram. Məni narahat edən qaydaların pozulmasıdır. Üç həftə əvvəl bir hakimin adı çəkilirdi, bu həftə başqasının. Amma klub daxilində heç kim mənə konkret hakimin kim olacağını deməyib. Kim olursa-olsun, ümid edirəm ki, işini yaxşı görəcək".

"Barselona"nın zəif tərəfləri barədə suala isə Mourinyo özünəməxsus cavab verib:

"Sən ağıllısan, amma mən axmaq deyiləm".

Baş məşqçi qarşılaşma üçün start heyətini və oyun planını artıq müəyyənləşdirdiyini təsdiqləsə də, taktiki detalları açıqlamaqdan imtina edib.

Qeyd edək ki, "Barselona" - "Real Madrid" görüşü bu gün "Spotify Kamp Nou" stadionunda keçiriləcək. Bakı vaxtı ilə qarşılaşma saat 23:59-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 01:25

Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var”

Futbol
Bu gün, 01:17

Ramil Şeydayevin çıxışı ilə Soçi komandası Rusiyada dördüncü qələbəsini qazandı

Futbol
Bu gün, 01:07

Lans 2-1lə Parisə məğlubiyyət qazandı, liderlərə bir xal yaxınlaşdı

Digər
Bu gün, 00:55

Pyotr Yan üçüncü dəfə Dvalişvilini məğlub edərək UFC çempionluq kəmərini uğurla müdafiə etdi

Digər
Bu gün, 00:31

Qavi El-Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

Futbol
Bu gün, 00:14

Xabi Alonso “Tottenhem”də 0:2 məğlubiyyətdən sonra komandası performansını tənqid etdi

Qarabağ FK
Dünən, 23:49

“Sabah” “Qarabağ”la oyuna hazırlaşmaq üçün son məşqini tamamladı – FOTO

Futbol
Dünən, 23:36

Berdıyev: Neftçi ilə 1-1 bərabərlikdə qapı qıran qola bütün komanda cavabdehdir

Digər
Dünən, 23:21

Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik, amma iki xal itirdik”

Digər
Dünən, 22:58

Millimizin üzvü üçün 56 dəqiqə

Güləş
Dünən, 22:56

Azərbaycanın Qazaxıstandakı səfirliyi dünya çempionatının finalına yüksələn Eldəniz Əzizliyə və Sənan Süleymanova uğurlar arzuladı

Futbol
Dünən, 22:55

Totenhem 2-0 ilə Çelsini məğlub etdi

Futbol
Dünən, 22:28

Kim Min Jae-nin Arsenal-a keçidi ehtimalı

Futbol
Dünən, 22:20

Şəfa baş məşqçisi Həşimov: 1:2 məğlubiyyət, oyun başlanğıcında pis, sonra toparlanıldı

Futbol
Dünən, 21:59

Şəfa – Kəpəz matçının video icmalı (1:2)

Qarabağ FK
Dünən, 21:50

Neftçi baş məşqçisinin matç sonrası açıqlamaları: Futbolçuların düşüncələrini başa düşə bilmirəm

Digər
Dünən, 21:39

Azərbaycan Atletika Federasiyası Lozanna’dakı Avropa Atletika Konvensiyasında iştirak etdi

Futbol
Dünən, 21:21

Prezident İlham Əliyev U-15 Milli Yığmasını təbrik etdi, Famil Xəlilov motivasiyanı artırır

Futbol
Dünən, 21:16

Kurban Berdıyev: "Turan Tovuz" "Neftçi" ilə heç-heçəni itirilən 2 xal kimi qiymətləndirir

Futbol
Dünən, 21:00

Azərbaycan U-15 millisə FIFA Dünya Çempionatı sahəsində 6-0 hesabı ilə Timor-Leste ilə qələbə qazandı

Futbol
Dünən, 20:55

İnter Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamaq istəyir

Digər
Dünən, 20:52

Peşəkar Çövkən Liqasında çempionluq sona bir tur qaldı

Futbol
Dünən, 20:45

Canni İnfantino: U‑15 dünya çempionatı və festivalı istedadlı futbolçulara şans yaratmağın vacibliyini vurğuladı

Oxşar xəbərlər