top
Morteza Validarvi: Airbadminton komandamız qızıl medal qazanmaq potensialına malikdir Idman.biz
Bu gün, 18:18
- ↺ +

Morteza Validarvi: Airbadminton komandamız qızıl medal qazanmaq potensialına malikdir

"Azərbaycanın Airbadminton komandası növbəti yarışlarda qızıl medal qazana bilər".

Bunu Azərbaycanın badminton millisinin baş məşqçisi Morteza Validarvi deyib.

O, Airbadminton yığmasının Yunanıstanın Qədim Olimpiya şəhərində keçirilən Avropa çempionatındakı uğurlu çıxışından danışıb.

"Biz artıq ikinci ildir ki, açıq havada oynanılan Airbadminton üzrə Avropa çempionatında iştirak edirik. Bakıda keçirilən ilk qitə birinciliyinin qarışıq komanda yarışında finala kimi irəliləyərək gümüş medal qazandıq. Bu dəfə isə Yunanıstanda qadınların üçlü kateqoriyasında bürünc medal əldə etdik. Bakıda keçirilən Avropa çempionatı ilə müqayisədə bu dəfə iştirakçı ölkələrin sayı daha çox idi", - deyə o report.az-a açıqlamasında söyləyib.

Morteza Validarvi komandada orta yaş həddinin aşağı olduğunu vurğulayıb:

"Uğurlu çıxışımızın sayəsində dünya çempionatında iştirak hüququ qazandıq və bir daha göstərdik ki, Airbadmintonda uğurlu çıxış etmək potensialımız yüksəkdir. Düşünürəm ki, gələcəkdə bürünc medalı qızıla çevirə bilərik. Bunun üçün komanda üzvlərinin qum üzərində daha çox birlikdə məşq etməsinə ehtiyac var. Çünki bizim heyətimizdə yer alan badmintonçular daha çox zalda oynayırlar. Sevindirici məqam odur ki, qız badmintonçularımızın orta yaşı aşağıdır. Heç 20 yaş deyil. Bu isə o deməkdir ki, qarşıdakı 10 il ərzində bizim Airbadmintonda çox güclü komandamız formalaşa bilər".

Mütəxəssis Türkiyə ilə yarımfinal görüşünün çətin keçdiyini, həmçinin Airbadmintonun Azərbaycanda inkişafı üçün görüləcək işləri də diqqətə çatdırıb:

"Türkiyə ilə yarımfinal görüşü çətin alındı. Bir qədər təcrübə də çatmadı. Ümumilikdə Airbadminton badmintonun yeni qoludur. Amma burada çox böyük perspektiv görünür. Biz də istəyirik ki, bu sahədə də uğurlu olaq. Məşqçi, idmançı, hakim yetişdirək. Airbadmintonun ölkəmizdə inkişafı üçün müvafiq şərait yaradaq və beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edib, bayrağımızı yüksəklərə qaldıraq".

Xatırladaq ki, Avropa çempionatında Nigar Səmədova, Həcər Nuriyeva, Viktoriya Kumanyayeva və Keişa Fatimə Zəhradan ibarət Azərbaycan yığması qadınların üçnəfərlik yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:27

Ruben Amorim “Milan”ı tarixində üçüncü məşqçi etdi

Futbol
Bu gün, 20:23

Akim Zedadka: Evdə azarkeş dəstəyi önəmlidir, Çempionlar Liqasında asan oyun yoxdur

Digər
Bu gün, 20:08

Azərbaycan Taekvondo Milli Komandası Qəbələdə Təlim‑Məşq Toplanışını Davam etdirir

Futbol
Bu gün, 19:59

Sabah U-19 komandası 20 oktyabrda Borussia Dortmundla UEFA Gənclər Liqasının matçına çıxacaq

Futbol
Bu gün, 19:58

Sergen Yalçına Türkiyə millisinin baş məşqçiliyi təklifi

Futbol
Bu gün, 19:36

Luis Enrike Lamin Yamalını necə dayandırmağı izah etdi, Messi ilə müqayisəni də şərh etdi

Futbol
Bu gün, 19:33

Borussiya Dortmundun baş məşqçisi Niko Kovaç “Sabah”ı təhlil edib, qələbə hədəfləyir

Futbol
Bu gün, 19:27

Azərbaycan Birinci Liqası altıncı turun hakimi təyin edildi

Voleybol
Bu gün, 19:19

"Turan" voleybol komandası Avropada Çempionlar Liqasında tarix yazmaq istəyir

Minifutbol
Bu gün, 19:17

AFFA nümayəndəsi Ferrux Hüseynzadə UEFA təyinatı alıb

Futbol
Bu gün, 19:05

Borussiya Dortmund Bakı Olimpiya Stadionunda "Sabah" qarşısında son məşqini keçirdi - FOTO/VİDEO

Futbol
Bu gün, 19:02

Bornmut Aleks Skottun transfer qiymətinin Liverpool və Chelsea üçün artırılması

Futbol
Bu gün, 18:47

Manchester City‑nin Premyer Liqada qalması xalların silinməsi səbəbindən riskdədir

Futbol
Bu gün, 18:41

“Kəpəz”in matçlarından sonra Gəncə stadionunun ətrafı işıqsız qalır - sakinlər narazıdır

Güləş
Bu gün, 18:37

Elmir Əliyev Dünya Çempionluğunu Əldən Vermə Səbəblərini İzah Edib

Futbol
Bu gün, 18:32

Vitinya Yamal Qızıl Top şanslarını dəyərləndirdi: PSJ‑nin qalib gəlməsi daha ədalətli olar

Futbol
Bu gün, 18:10

Fransadakı iğtişaşlar PSJ–Barselona matcını təhlükə altına saldı, amma rəsmi qərar oyunun təxirə salınmayacağını bildirdi

Qarabağ FK
Bu gün, 18:02

“Turan Tovuz”un keçmiş kapitanı Şəhriyar Əliyev çempionluq mübarizəsinin çətinliyini və komandaya dəstəyini açıqladı

Voleybol
Bu gün, 17:59

Turan Voleybol Klubunun prezidenti Zeynalov “Turan Tovuz”un son məğlubiyyəti, legioner oyunçuların çətinlikləri və qadın‑kişi voleybolu arasındakı fərqlər barədə danışdı

Güləş
Bu gün, 17:40

Rahilə Hüseynzadə Avropa U‑23 və gənclər çempionatında 2 gümüş, 1 bürünc medal qazandı

Futbol
Bu gün, 17:25

AC Milan Adrian Rabiot ilə yeni müqavilə danışıqları başladı;

Voleybol
Bu gün, 17:23

“Turan” voleybol klubunun növbəti Çempionlar Liqası oyunu Tovuzda keçiriləcək

Qarabağ FK
Bu gün, 17:20

U-15 milli komandamızın UEFA İnkişaf Turnirində qarşılaşacağı rəqiblər müəyyən oldu

Oxşar xəbərlər