"Liverpul"un kapitanı Vircil van Deyk Çempionlar Liqasında "Vilyarreal"a 4:3 hesabı ilə məğlub olduqları oyunda səhvinin ilk qola səbəb olduğunu etiraf edib. Sport24.az xəbər verir ki, niderlandlı oyunçu görüşdən sonra sosial mediada paylaşım edib:
"Oyunun ən yaxşı başlanğıcı deyil, tənqidləri qəbul edirəm. Komandanın reaksiyası inanılmaz idi, bununla inanılmaz dərəcədə qürur duyuram".
Qeyd edək ki, "Liverpul" 3 turdan sonra 7 xalla 2-ci pillədədir.