Baş məşqçi Lionel Skaloni Argentina millisi ilə yeni müqavilə bağlamağa razılaşıb. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder fabrisio Romano sosial media hesabında paylaşım edib.
Razılaşma 2030-cu il Dünya Çempionatının sonuna qədər qüvvədə olacaq.
Argentina Futbol Assosiasiyası sentyabr ayında məşqçiyə yeni müqavilə təklif edib və o, bu təklifi qəbul edib. Hazırda yalnız bir neçə kiçik təfərrüatın dəqiqləşdirilməsi qalıb.
Qeyd edək ki, Skaloni 2018-ci ildən Argentina millisinin "sükanı arxasındadır". Onun rəhbərliyi altında komanda dünya Çempionatının (2022), iki dəfə Amerika Kubokunun (2021, 2024) və "Finalissima"nın (2022) qalibi olub.