top
“Kür”ün məşqçisi: “Ümid edirik ki, yeni federasiya yaradılacaq və çempionat bərpa olunacaq” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN Idman.biz
Bu gün, 20:21
- ↺ +

“Kür”ün məşqçisi: “Ümid edirik ki, yeni federasiya yaradılacaq və çempionat bərpa olunacaq” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

"Kür"ün kişilərdən ibarət həndbol komandasının baş məşqçisinin köməkçisi Hacıağa İsmayılov EHF Avropa Kubokunun ikinci mərhələsində Bosniya və Herseqovinanın "MRK Sloqa Doboy" klubuna qarşı keçirilən oyunlar barədə fikirlərini bölüşüb. Mingəçevir təmsilçisi rəqibinə iki dəfə məğlub olaraq (26:38, 30:32) turnirdə çıxışını başa vurub.

İdman.Biz-ə açıqlamasında İsmayılov bildirib ki, komandanın heyəti çox gəncdir:

"Komandamız çox gəncdir. Oyunçular çalışdılar və mübarizə apardılar. Əlbəttə, məqsədimiz qələbə qazanmaq idi. Amma rəqib daha təcrübəlidir və avrokuboklarda daha tez-tez çıxış edir. Bu gün həndbolçularımızın qarşısına sona qədər mübarizə aparmaq məqsədi qoymuşduq. Dünən də bugünkü kimi oynasaydıq, inanın ki, hesab tamamilə başqa olardı. Sadəcə, təkrar edirəm, heyətimizdə çoxlu gənc oyunçu var və onlar üçün bunlar ilk oyunlardır. Həyəcan keçirirdilər, baxmayaraq ki, istəkləri var. Əzmkarlıqlarına görə komandaya təşəkkür edirəm".

İsmayılov Azərbaycan həndbolundakı böhran fonunda "Kür"ün avrokuboklara hazırlığının çətin şəraitdə keçdiyini də söyləyib:

"Oyun praktikası olmadan çox çətindir. Öz aramızda oynayır, qruplara bölünürdük. Avqustdan fiziki hazırlıq məşqlərinə başladıq, sonra taktiki hazırlığa keçdik. Oyun praktikası olmadan çətin idi. Ümid edirik ki, yeni federasiya yaradılacaq, yeni klublar açılacaq. Bu, bizim üçün çox vacibdir. Dayanmırıq, məşqlərimizi davam etdiririk. İnanırıq ki, çempionat bərpa olunacaq və biz də orada iştirak edəcəyik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:55

İnter Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamaq istəyir

Digər
Bu gün, 20:52

Peşəkar Çövkən Liqasında çempionluq sona bir tur qaldı

Digər
Bu gün, 20:45

Canni İnfantino: “Bizim üçün hər bir istedadlı futbolçuya şans vermək vacibdir”

Digər
Bu gün, 20:45

Emeri “Mançester Siti” üzərində qələbədən sonra: “Fantastik gün idi”

Digər
Bu gün, 20:25

Azərbaycan klubu avrokuboklarda məğlub oldu

Futbol
Bu gün, 20:18

A seriyası: “Komo” Roma ilə xal bərabərliyi əldə etdi, “Bologna” Sardiniyada qalib gəldi

Futbol
Bu gün, 20:12

Bakıda 15 yaşadək futbolçular arasında tarixi FIFA turniri başladı

Futbol
Bu gün, 20:06

Samir Şərifov: FIFA-nın Azərbaycan U-15 Dünya Çempionatına etimadını yüksək qiymətləndiririk

Futbol
Bu gün, 20:00

Enzo Alves 17 yaşında Real Madrid əsas heyətində yer alacaq

Futbol
Bu gün, 19:55

Bakıda U-15 Çempionatı: 17 Qol 40 dəqiqədə

Digər
Bu gün, 19:48

“Kür”ün baş məşqçisi: “Mövsümün sonuna qədər fəaliyyətimizi davam etdirəcəyik, sonrasının necə olacağı isə məlum deyil” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:44

Azər Məmmədov: “Köhnə, iddialı ‘Kəpəz’i qaytara bilərik”

Digər
Bu gün, 19:40

Bundesliqa: “Leypsiq”dən darmadağın, Füllkruqdan “Verder”ə qələbə - YENİLƏNİR

Digər
Bu gün, 19:26

Millimizin üzvü üçün 90 dəqiqə

Digər
Bu gün, 19:20

“Kür”ün kapitanı: “Bugünkü məğlubiyyət bizim üçün qələbə kimidir” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:16

Azər Məmmədov: “Kəpəz” hər il dağılır, sonra yenidən yığılır”

Digər
Bu gün, 19:04

Zaur Həşimov: “Təcrübəsizlikdir, yoxsa bəxtsizlik, bilmirəm”

Digər
Bu gün, 19:03

Fərid Qayıbov Ruandanın idman naziri ilə görüşüb - FOTO

Digər
Bu gün, 18:57

“Traktor” diskvalifikasiya olunacaq?

Futbol
Bu gün, 18:53

Mareska: Aston Villa məğlubiyyətində daha çox qələbəyə layiq idik

Futbol
Bu gün, 18:15

Elçe Rayo Vallecano'nu 3-0 məğlub edərək təhlükəli zonadan çıxdı

Cüdo
Bu gün, 18:10

Azərbaycanlı cüdoçu Zelim Tçkayev PSJ-nin Avropa Cüdo Çempionlar Liqası finalına yüksəlməsinə kömək edib

Basketbol
Bu gün, 17:59

NTD-nin baş məşqçisi Ordu qarşısında məğlubiyyətin səbəblərini izah etdi

Oxşar xəbərlər