top
“Kür”ün kapitanı: “Bugünkü məğlubiyyət bizim üçün qələbə kimidir” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN Idman.biz
Bu gün, 19:20
- ↺ +

“Kür”ün kapitanı: “Bugünkü məğlubiyyət bizim üçün qələbə kimidir” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

"Kür" həndbol komandasının kapitanı Ramazan Muradov EHF Avropa Kubokunun ikinci mərhələsində Bosniya və Herseqovinanın "MRK Sloqa Doboy" klubuna qarşı keçirilən oyunları şərh edib. Mingəçevir təmsilçisi rəqibinə iki dəfə məğlub olaraq (26:38, 30:32) turnirdə çıxışını başa vurub.

İdman.Biz-ə açıqlamasında Muradov ikinci görüşdə komandanın oyununu nəzərəçarpacaq dərəcədə yaxşılaşdırdığını vurğulayıb:

"Dünənki matç bizim üçün bu mövsüm ilk oyun idi. Həm müdafiədə, həm də hücumda çoxlu səhvlərə yol verdik, qol vura bilmədik. Bugünkü oyuna qədər səhvlərimizi düzəltdik və hətta qalib də gələ bilərdik, amma müəyyən məqamlarda bəxtimiz gətirmədi. Komandamla fəxr edirəm: bu gün çox yaxşı oynadıq və bizim üçün bu matç qələbə kimidir. Komandaya, məşqçilər korpusuna və idman nazirinə təşəkkürümü bildirmək istəyirəm. İnşallah, növbəti oyunlarda özümüzü daha yaxşı göstərəcək və uğur qazanacağıq".

Cavab görüşündə 11 qol vuran Muradov "Kür"ün ən məhsuldar oyunçusu olub. O, həmçinin öz çıxışını avrokuboklardakı əvvəlki oyunları ilə müqayisə edib.

"Bütün oyunlarda gücümü yüz faiz ortaya qoymuşam. Bu dəfə əvvəlki oyunlarla müqayisədə daha çox qol vurdum, amma yenə də hesab edirəm ki, daha çox fərqlənə bilərdim. Buna görə bir qədər məyus oldum. Ümid edirəm ki, gələcəkdə daha yaxşı oynayacağam".

Kapitan komandanın və Azərbaycanda həndbolun gələcəyi barədə də fikirlərini bölüşüb:

"İnşallah, ümid edirik ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yeni federasiya yaradılacaq, liqada oynaya və çıxışımızı davam etdirə biləcəyik. Amma oyunların olub-olmamasından asılı olmayaraq, məşqlərimizi dayandırmırıq".

Muradov ölkədə həndbolun inkişaf edəcəyinə, gənc idmançıların daha böyük uğurlar qazanacağına ümid etdiyini bildirib:

"İstəyirəm ki, gənc həndbolçular bizdən də yaxşı oynasınlar və bizi özlərinə nümunə götürsünlər. İnşallah, gələcəkdə məhz bu uşaqlar bizim əvəzimizə Azərbaycanı avrokuboklarda təmsil edərlər".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 20:45

Emeri “Mançester Siti” üzərində qələbədən sonra: “Fantastik gün idi”

Digər
Bu gün, 20:25

Azərbaycan klubu avrokuboklarda məğlub oldu

Digər
Bu gün, 20:21

“Kür”ün məşqçisi: “Ümid edirik ki, yeni federasiya yaradılacaq və çempionat bərpa olunacaq” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Futbol
Bu gün, 20:18

A seriyası: “Komo” Roma ilə xal bərabərliyi əldə etdi, “Bologna” Sardiniyada qalib gəldi

Futbol
Bu gün, 20:12

Bakıda 15 yaşadək futbolçular arasında tarixi FIFA turniri başladı

Futbol
Bu gün, 20:06

Samir Şərifov: FIFA-nın Azərbaycan U-15 Dünya Çempionatına etimadını yüksək qiymətləndiririk

Futbol
Bu gün, 20:00

Enzo Alves 17 yaşında Real Madrid əsas heyətində yer alacaq

Futbol
Bu gün, 19:55

Bakıda U-15 Çempionatı: 17 Qol 40 dəqiqədə

Digər
Bu gün, 19:48

“Kür”ün baş məşqçisi: “Mövsümün sonuna qədər fəaliyyətimizi davam etdirəcəyik, sonrasının necə olacağı isə məlum deyil” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:44

Azər Məmmədov: “Köhnə, iddialı ‘Kəpəz’i qaytara bilərik”

Digər
Bu gün, 19:40

Bundesliqa: “Leypsiq”dən darmadağın, Füllkruqdan “Verder”ə qələbə - YENİLƏNİR

Digər
Bu gün, 19:26

Millimizin üzvü üçün 90 dəqiqə

Digər
Bu gün, 19:16

Azər Məmmədov: “Kəpəz” hər il dağılır, sonra yenidən yığılır”

Digər
Bu gün, 19:04

Zaur Həşimov: “Təcrübəsizlikdir, yoxsa bəxtsizlik, bilmirəm”

Digər
Bu gün, 19:03

Fərid Qayıbov Ruandanın idman naziri ilə görüşüb - FOTO

Digər
Bu gün, 18:57

“Traktor” diskvalifikasiya olunacaq?

Futbol
Bu gün, 18:53

Mareska: Aston Villa məğlubiyyətində daha çox qələbəyə layiq idik

Futbol
Bu gün, 18:15

Elçe Rayo Vallecano'nu 3-0 məğlub edərək təhlükəli zonadan çıxdı

Cüdo
Bu gün, 18:10

Azərbaycanlı cüdoçu Zelim Tçkayev PSJ-nin Avropa Cüdo Çempionlar Liqası finalına yüksəlməsinə kömək edib

Basketbol
Bu gün, 17:59

NTD-nin baş məşqçisi Ordu qarşısında məğlubiyyətin səbəblərini izah etdi

Digər
Bu gün, 17:58

“Neftçi” və “Sabah”ın əvəzedicilərindən məhsuldar heç-heçə

Futbol
Bu gün, 17:55

Vanspor, Azərbaycan millisinin sabiq üzvləri Ozan Can Kökçü və Elvin Yunuszadəni 3-0 məğlub etdi

Qarabağ FK
Bu gün, 17:43

Andrade “Qarabağ”dan Ukraynanın lideri “Polisiya”ya qızaq... (Wait, let's look closer at the text. The text says he moved in summer 2026? That's in the future. It says "Xatırladaq ki, Andrade 2026-cı ilin yayında "Qarabağ"dan "Polissya"ya keçib." This is

Oxşar xəbərlər