top
“Kür”ün baş məşqçisi: “Mövsümün sonuna qədər fəaliyyətimizi davam etdirəcəyik, sonrasının necə olacağı isə məlum deyil” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN Idman.biz
Bu gün, 19:48
- ↺ +

“Kür”ün baş məşqçisi: “Mövsümün sonuna qədər fəaliyyətimizi davam etdirəcəyik, sonrasının necə olacağı isə məlum deyil” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

"Kür"ün kişilərdən ibarət həndbol komandasının baş məşqçisi Elnur Cahangirov EHF Avropa Kubokunun ikinci mərhələsində Bosniya və Herseqovinanın "MRK Sloqa Doboy" klubuna qarşı keçirilən oyunlar barədə fikirlərini bölüşüb. Mingəçevir təmsilçisi rəqibinə iki dəfə məğlub olaraq (26:38, 30:32) turnirdə çıxışını başa vurub.

"Azarkeşlərə və həndbolsevərlərə bizi dəstəklədiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Məğlubiyyətə baxmayaraq, bugünkü çətin oyunda dünənki qarşılaşma ilə müqayisədə yaxşı nəticə göstərdik. Həndbolda boy böyük əhəmiyyət daşıyır və bu göstəricidə rəqibimizdən geri qalırıq. Amma buna baxmayaraq, istədiyimizə nail olduq, sadəcə, bir qədər təcrübəmiz çatmadı. Söhbət məhz oyun praktikasından gedir. Rəqibdən fərqli olaraq, dünən mövsümdə ilk oyunumuzu keçirdik. Bu gün ikinci matçımıza çıxdıq və təbii ki, bu da nəticəyə təsir göstərir", - deyə o, İdman.Biz-ə açıqlamasında bildirib.

Cahangirov avrokuboklarda çıxışın başa çatmasını və ölkə çempionatının keçirilməməsini nəzərə alaraq, komandanın gələcəyi barədə də danışıb:

"Hazırda həndbolumuz çox ağır vəziyyətdədir. Ümid edirəm ki, rəhbərliyin dəstəyi ilə klublar yenidən fəaliyyətə başlayacaq, çempionat bərpa olunacaq. Əlbəttə, mövcud vəziyyət bizə də təsir göstərir. Rəqiblərimiz olmadığı üçün hazırda faktiki olaraq oynaya biləcəyimiz komandalar yoxdur. Buna görə çətinlik çəkirik. Azərbaycan həndbolu ağır günlər yaşayır. Ümid edirəm ki, yaxın günlərdə və ya aylarda vəziyyət yaxşılığa doğru dəyişəcək. Hələlik klub olaraq fəaliyyətimizi davam etdiririk və mövsümün sonuna, yəni may ayına qədər işimizi davam etdirəcəyik. Bundan sonra nə olacağı hələ məlum deyil. Ola bilsin ki, turnirlərdə iştirak edək, amma hazırda bununla bağlı dəqiq məlumat verə bilmirəm".

Baş məşqçinin sözlərinə görə, yaranmış vəziyyət ölkənin bütün həndbol ictimaiyyətinə, o cümlədən gənc idmançılara təsir göstərir.

"Gördünüz ki, hələ oyun başlamazdan əvvəl uşaqlar sıraya düzülmüşdülər. Bu, onların yalnız yarısıdır - sayları təxminən iki dəfə çoxdur. Onların həndbola marağı və bu idman növü ilə məşğul olmaq istəyi var. Ümid edirik ki, uşaqlar arasında çempionatlar da bərpa olunacaq. Federasiya olmadığı müddətdə bütün yaş kateqoriyaları - həm kiçik, həm də böyük yaşlı oyunçular çətinlik çəkirlər. Bu idman növü ilə bağlı olan hər kəs problemlərlə üzləşir. Ümid edirik ki, vəziyyət düzələcək".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 20:45

Canni İnfantino: “Bizim üçün hər bir istedadlı futbolçuya şans vermək vacibdir”

Digər
Bu gün, 20:45

Emeri “Mançester Siti” üzərində qələbədən sonra: “Fantastik gün idi”

Digər
Bu gün, 20:25

Azərbaycan klubu avrokuboklarda məğlub oldu

Digər
Bu gün, 20:21

“Kür”ün məşqçisi: “Ümid edirik ki, yeni federasiya yaradılacaq və çempionat bərpa olunacaq” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Futbol
Bu gün, 20:18

A seriyası: “Komo” Roma ilə xal bərabərliyi əldə etdi, “Bologna” Sardiniyada qalib gəldi

Futbol
Bu gün, 20:12

Bakıda 15 yaşadək futbolçular arasında tarixi FIFA turniri başladı

Futbol
Bu gün, 20:06

Samir Şərifov: FIFA-nın Azərbaycan U-15 Dünya Çempionatına etimadını yüksək qiymətləndiririk

Futbol
Bu gün, 20:00

Enzo Alves 17 yaşında Real Madrid əsas heyətində yer alacaq

Futbol
Bu gün, 19:55

Bakıda U-15 Çempionatı: 17 Qol 40 dəqiqədə

Digər
Bu gün, 19:44

Azər Məmmədov: “Köhnə, iddialı ‘Kəpəz’i qaytara bilərik”

Digər
Bu gün, 19:40

Bundesliqa: “Leypsiq”dən darmadağın, Füllkruqdan “Verder”ə qələbə - YENİLƏNİR

Digər
Bu gün, 19:26

Millimizin üzvü üçün 90 dəqiqə

Digər
Bu gün, 19:20

“Kür”ün kapitanı: “Bugünkü məğlubiyyət bizim üçün qələbə kimidir” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:16

Azər Məmmədov: “Kəpəz” hər il dağılır, sonra yenidən yığılır”

Digər
Bu gün, 19:04

Zaur Həşimov: “Təcrübəsizlikdir, yoxsa bəxtsizlik, bilmirəm”

Digər
Bu gün, 19:03

Fərid Qayıbov Ruandanın idman naziri ilə görüşüb - FOTO

Digər
Bu gün, 18:57

“Traktor” diskvalifikasiya olunacaq?

Futbol
Bu gün, 18:53

Mareska: Aston Villa məğlubiyyətində daha çox qələbəyə layiq idik

Futbol
Bu gün, 18:15

Elçe Rayo Vallecano'nu 3-0 məğlub edərək təhlükəli zonadan çıxdı

Cüdo
Bu gün, 18:10

Azərbaycanlı cüdoçu Zelim Tçkayev PSJ-nin Avropa Cüdo Çempionlar Liqası finalına yüksəlməsinə kömək edib

Basketbol
Bu gün, 17:59

NTD-nin baş məşqçisi Ordu qarşısında məğlubiyyətin səbəblərini izah etdi

Digər
Bu gün, 17:58

“Neftçi” və “Sabah”ın əvəzedicilərindən məhsuldar heç-heçə

Futbol
Bu gün, 17:55

Vanspor, Azərbaycan millisinin sabiq üzvləri Ozan Can Kökçü və Elvin Yunuszadəni 3-0 məğlub etdi

Oxşar xəbərlər