top
Kovaç yenidən Bakını xatırladı: “Borussiya” rekord 11 min kilometr yol qət edib” Idman.biz
Bu gün, 17:47
- ↺ +

Kovaç yenidən Bakını xatırladı: “Borussiya” rekord 11 min kilometr yol qət edib”

Dortmund "Borussiya"sının baş məşqçisi Niko Kovaç Almaniya çempionatında Frankfurt "Ayntraxt"ına qarşı keçiriləcək oyun ərəfəsində futbolçularının Azərbaycana səfərlə yekunlaşan ardıcıl səfər görüşləri zamanı üzləşdikləri ciddi fiziki yüklənməyə diqqət çəkib.

İdman.Biz "Welt" nəşrinə istinadən xəbər verir ki, mütəxəssis komandasının qarşıdakı rəqiblə müqayisədə daha əlverişsiz vəziyyətdə olduğunu vurğulayıb.

"Biz səfərə çıxmaq məcburiyyətində qalmayan, fiziki cəhətdən daha gümrah rəqibə qarşı oynayacağıq. Biz isə səfərlərdə çox vaxt keçirmişik və sabah yenidən ən yüksək səviyyədə çıxış etmək üçün tez bir zamanda bərpa olunmalıyıq", - deyə Kovaç bildirib.

Bakıya səfər Dortmund klubunun tarixində məsafə baxımından ən uzun səfər həftəsinin son mərhələsi olub.

"Borussiya"nın rəsmi məlumatına əsasən, futbolçular yeddi gün ərzində hava yolu ilə 11 322 kilometr məsafə qət ediblər. Bu müddətdə komanda Norveçin Budyo şəhərində, Berlində və Bakıda olub, bir neçə dəfə Dortmunda qayıdıb.

Sonuncu sınaq oktyabrın 20-də Bakı Olimpiya Stadionunda "Sabah"a qarşı keçirilən Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunun oyunu olub.

Almaniya komandası çətin keçən qarşılaşmada 2:1 hesablı qələbə qazanıb. Qonaqların hər iki qolunu Seru Girassi vurub, Azərbaycan klubunun heyətində isə Eyden Makkarti fərqlənib.

Həmin görüşdən sonra Kovaç futbolçularının kifayət qədər qol vəziyyəti yaratdıqlarını, lakin onların çoxundan yararlana bilmədiklərini etiraf edib. Bununla belə, baş məşqçi komandasının oyunundan razı qalıb.

"Borussiya"nın qapıçısı Qreqor Kobel də uzunmüddətli uçuşların fəsadlarından danışıb. Onun sözlərinə görə, yorğunluq uğursuz çıxışlara bəraət qazandırmamalıdır, hərçənd davamlı səfərlər və saat qurşaqlarının dəyişməsi futbolçuların fiziki vəziyyətinə ciddi təsir göstərir.

İndi Dortmund təmsilçisini həftə ərzində bu cür yüklənmə ilə üzləşməyən "Ayntraxt"la ev oyunu gözləyir.

Qarşılaşma oktyabrın 24-də Bakı vaxtı ilə saat 20:30-da keçiriləcək.

Kovaç ayaq bağlarının zədəsindən sonra bərpa prosesini davam etdirən yarımmüdafiəçi Konstantinos Karetsasın xidmətindən yenə yararlana bilməyəcək. Baş məşqçi futbolçunun Bremen "Verder"inə qarşı keçiriləcək növbəti kubok oyununu da buraxa biləcəyini istisna etməyib.

Xatırladaq ki, "Ayntraxt"la görüşdən sonra Dortmund təmsilçisini oktyabrın 27-də "Verder", oktyabrın 31-də isə Münhen "Bavariya"sı ilə oyunlar gözləyir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:59

Puxaç: “Yamala rahatlıq verməyəcəyəm”

Digər
Bu gün, 18:45

“Mançester Yunayted” rəhbərliyi Karriki deyil, futbolçuları günahlandırır

Digər
Bu gün, 18:37

Yuri Maksimov: “Hər oyunda özümüz öz qapımıza qol gətiririk”

Digər
Bu gün, 18:29

“Beşiktaş”da ciddi itki

Digər
Bu gün, 18:25

“Napoli” - “Roma”: A Seriyasının səkkizinci turunda Alleqri üçün imtahan - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 18:17

Yeton Bekiri: Qısa müddətdə stabil komanda yaratmaq çətindir

Güləş
Bu gün, 18:13

Azərbaycan yığması Astanada Güləş üzrə Dünya Çempionatına çıxışa hazırlanır: Əsas iddiaçılar və medal ümidləri

Qarabağ FK
Bu gün, 18:10

“Qarabağ” və “Kəpəz”in əvəzedicilərinin məğlubiyyəti

Qarabağ FK
Bu gün, 17:58

Samir Əliyev: Çempionluqda artıq Neftçi də qoşuldu, üç komanda mübarizə aparır

Digər
Bu gün, 17:35

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib

Digər
Bu gün, 17:31

Asiya Kuboku təhlükədə: Yaponiya Səudiyyə Ərəbistanına qarşı çıxdı

Digər
Bu gün, 17:28

Fransadakı etiraz aksiyaları üzrən PSJ-nin oyununun vaxtı dəyişdirildi

Digər
Bu gün, 17:27

Azərbaycan idmançısı Avropa çempionatında gümüş medal qazanıb

Digər
Bu gün, 17:23

ABŞ nəşri azərbaycanlı gimnastı fərqləndirdi: Simonova DÇ-nin finalına yüksəlmək üçün 0,133 xal çatmadı

Digər
Bu gün, 17:20

PSJ Xviça Kvaratsxeliyanı əvəz edə biləcək futbolçu axtarışına çıxıb

Digər
Bu gün, 17:16

“Bavariya” Harri Keynin “Qızıl top”u qazanması üçün Asiyaya ümid edir

Digər
Bu gün, 17:01

Felipe Santosun transfer iddialarına aydınlıq gətirildi - “Qəbələ”dən İdman.Biz-ə AÇIQLAMA

Digər
Bu gün, 17:00

Kamran Quliyev: “Məncə, 6 xallıq oyun idi"

Digər
Bu gün, 16:47

Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə görüş keçirilib - FOTO

Digər
Bu gün, 16:40

Superkompüter ÇL-in favoritinin adını açıqladı

Digər
Bu gün, 16:31

Zirvə uğrunda beşli mübarizə: PSJ və “Lion” liderlik, “Monako” revanş axtarışında - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 16:22

Kişi voleybolçular arasında Azərbaycan Super Liqasında yeni mövsüm başlayır

Futbol
Bu gün, 16:16

“Zirə”nin qapıçısı Aydın Bayramov: “Komandamızın potensialı birinci üçlükdə də mübarizə aparmağa imkan verir”

Oxşar xəbərlər