Argentinalı ulduz futbolçu Lionel Messi həyat yoldaşı Antonela Rokutso ilə birlikdə İspaniyaya səfər edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, cütlük Asturiya Şahzadəsi mükafatlarının təqdimetmə mərasimində iştirak etmək üçün oktyabrın 22-də Oviedo şəhərinə gəlib.
Messi və həyat yoldaşı şəhərin məşhur "Hotel de la Reconquista" otelində qalıblar. Cütlük qara rəngli geyimdə otelin qarşısında fotoqrafların obyektivinə tuş gəlib.
Futbolçunun gəlişi azarkeşlərin böyük marağına səbəb olub. Yüzlərlə insan ulduzu yaxından görmək üçün otelin qarşısına toplaşıb.
Messi pərəstişkarlarının yanından laqeyd keçməyib. O, azarkeşlərlə görüşərək onların köynəklərini və fotolarını imzalayıb.
Argentinalı futbolçu 2026-cı il üzrə Asturiya Şahzadəsinin İdman Mükafatına layiq görülüb. Münsiflər heyəti onu möhtəşəm futbol karyerasına, qazandığı uğurlara və aztəminatlı uşaqların təhsilinə və sağlamlığına verdiyi dəstəyə görə mükafatlandırıb.
