top
İngiltərə “Mançester Yunayted” və “Liverpul”un istedadlarını Bakıya gətirir Idman.biz
Bu gün, 21:34
- ↺ +

İngiltərə “Mançester Yunayted” və “Liverpul”un istedadlarını Bakıya gətirir

İngiltərənin 15 yaşadək futbolçulardan ibarət milli komandası oktyabrın 24-dən 30-dək Bakıda keçiriləcək ilk U-15 dünya çempionatı və FIFA festivalı üçün heyətini açıqlayıb.

İdman.Biz İngiltərə Futbol Assosiasiyasının (FA) rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Mett Torp müxtəlif Avropa klublarının akademiyalarını təmsil edən 14 futbolçunu heyətə daxil edib.

Azərbaycana gələcək oyunçular arasında "Mançester Yunayted"in müdafiəçisi Cozef Akinsanya və yarımmüdafiəçisi Brayan Nyoni, "Liverpul"un futbolçusu Kobi Akerеле, "Tottenhem"in yetirməsi Ayzek Allen, "Vest Hem"in nümayəndəsi Emmanuel Famokun və Portuqaliyanın "Benfika" klubunun futbolçusu Pirs Pinnok da var.

Bundan başqa, "Blekbern", "Nottingem Forest", "Şeffild Yunayted", "Vest Bromviç", "Derbi Kaunti", "Plimut" və "İpsviç" akademiyalarının yetirmələri də İngiltərə millisinin heyətində yer alıblar.

İngiltərə yığması C qrupunda Kamboca, Monteneqro, Nikaraqua, İrlandiya və Zimbabve ilə mübarizə aparacaq.

Komanda ilk oyununu oktyabrın 24-də Nikaraquaya qarşı keçirəcək. Ertəsi gün Monteneqro və Kamboca ilə qarşılaşacaq ingilislər oktyabrın 26-da İrlandiya və Zimbabve ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə təşkil olunacaq U-15 dünya çempionatı və FIFA festivalında 191 milli komandanın iştirakı gözlənilir. İngiltərə Futbol Assosiasiyasının məlumatına əsasən, yarışa qatılacaq futbolçu, məşqçi və rəsmi şəxslərin ümumi sayı üç mindən çox olacaq.

Oyunların əsas hissəsi xüsusi hazırlanmış Hövsan yarış kompleksində keçiriləcək. Qarşılaşmalar səkkizə səkkiz formatında təşkil olunacaq və hər biri 20 dəqiqə davam edən iki hissədən ibarət olacaq.

Qrup mərhələsindən sonra komandalar turnirin növbəti mərhələsində mübarizəni davam etdirəcəklər. Yekun qarşılaşmalar oktyabrın 30-da baş tutacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:25

"Yuventus" argentinalı müdafiəçini transfer etmək istəyir

Digər
Bu gün, 22:21

Şimali Koreyalı futbolçu dünya çempionatlarında 10 illik rekordu qırdı

Digər
Bu gün, 22:09

“Barselona” “PSJ”dən UEFA-ya şikayət etdi: mişarlı və “qətliam” yazılı pankart qalmaqal yaratdı

Digər
Bu gün, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Bu gün, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Futbol
Bu gün, 21:54

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

Digər
Bu gün, 21:46

Ronaldudan Kvaratsxeliyaya dəstək mesajı

Digər
Bu gün, 21:43

Beynəlxalq federasiya altı Azərbaycan güləşçisini dünya çempionatının medal iddiaçıları arasında göstərdi

Digər
Bu gün, 21:24

Azərbaycanlı alpinist: “İllərdir yerimizdə sayırıq” - faciələr, xilasetmə əməliyyatları və dağ idmanının problemləri

Voleybol
Bu gün, 21:17

Xorvatiyada “Turan”ın qalibiyyəti şərh edildi: “Evdə daha yaxşı oynayacağıq”

Futbol
Bu gün, 21:11

Zirə dörd futbolçusunu itirəcək – Sumqayıta qarşılaşma buraxılacaq

Futbol
Bu gün, 21:05

Filip İvanoviç: "Sabah"ın uğurları təsadüfi deyil, illər boyu qurulan sistem nəticəsidir

Voleybol
Bu gün, 20:56

Azərbaycan və Gürcüstan voleybol federasiyaları Tovuzda əməkdaşlığın genişləndirilməsini müzakirə etdilər

Futbol
Bu gün, 20:51

Puxaç: Borussia oyunu sonrası boşluq hissi, “Sabah”ın heç-heçə edə biləcəyi

Digər
Bu gün, 20:27

Trent sabiq klubuna qayıda bilər

Digər
Bu gün, 20:24

“Şəki” 5:0 hesablı məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırdı

Digər
Bu gün, 20:17

Toni Kroos tarixin ən yaxşı beş yarımmüdafiəçisini seçdi

Futbol
Bu gün, 20:04

Barselona futbolçusu Dani Olmo zədəsini təsdiq etdi – El Klasiqoda iştirak etməyəcək

Futbol
Bu gün, 19:58

Bavariya kapitanı, atasının vəfatından dolayı Arsenal matçı buraxacaq

Futbol
Bu gün, 19:51

Gürcüstan futbolunun tanınmış məşqçisi Giorgi Nemsadze 54 yaşında vəfat edib

Digər
Bu gün, 19:36

Kurtua “Qızıl top” uğrunda mübarizədə Mbappeni Yamaldan üstün tutdu

Digər
Bu gün, 19:23

Dortmund “Borussiya”sından Azərbaycana ana dilimizdə təşəkkür - VİDEO

Digər
Bu gün, 19:20

"Kəpəz" "Şəfa" ilə oyuna itkisiz hazırlaşır

Oxşar xəbərlər