„İmişli” komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır.
Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib.
Bölgə təmsilçisinin rəsmisi „İmişli” üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:
„Hazırda bu işin üzərində çalışırıq. Komandamızın prezidenti Kamran Eyyubov mövcud məsələdə çox həssasdır. Əcnəbi məşqçilərin keçmişinə nəzər yetiririk. Rəhbərlik daha çox uğurları olan məşqçilərə üstünlük verir. Yerli mütəxəssislə anlaşacağımıza inanmıram.