top
Hindistandakı mundialda çıxış edən azərbaycanlı marafonçu: “Motosiklet fikrimi yayındırdı və çuxura düşüb zədə aldım” Report.az
11 dekabr 2024, 16:33
- ↺ +

Hindistandakı mundialda çıxış edən azərbaycanlı marafonçu: “Motosiklet fikrimi yayındırdı və çuxura düşüb zədə aldım”

Yola girən motosiklet fikrimi yayındırdı və nəticədə çuxura düşüb zədə aldım.

Bunu "Report"a açıqlamasında Hindistanda 100 km məsafəyə qaçış üzrə keçirilən dünya çempionatında 44-cü olan azərbaycanlı marafonçu Elmir Əskərov deyib.

O, daha yüksək yer tuta bilməməsini yarışda aldığı zədə ilə əlaqələndirib:

"Hindistandakı yarışa yaxşı hazırlaşmışdım. Biz dəniz səviyyəsindən 27 metr aşağıdayıq. Ancaq oradakı yarış dəniz səviyyəsindən 100 metr yüksəkdə keçirilirdi. Uyğunlaşmaq məqsədilə iki gün öncədən getmişdim. Həm də açığı, eniş və yoxuşların çox olacağını gözləmirdim. Çünki adətən 100 kilometrlik yarşlar düz sahələrdə keçirilir. Hindistanlılar isə fərqli qərar vermişdilər. Hər 5 kilometrdən bir 27 metr yüksəliş olurdu. Bu da uzun məsafələr üçün çoxdur. Yollar da kələ-kötür idi. Xeyli çuxurlar var idi. Diqqətin yayınan kimi çuxura düşüb zədə alırsan. Mən 35-ci kilometrdə zədələndim. Əslində həmin vaxt yolu bağlamışdılar, motosikletlər girməməli idi. Lakin təşkilatçılar yarışı idarə edə bilmirdilər. Yola girən motosiklet fikrimi yayındırdı və nəticədə çuxura düşüb zədə aldım. 35-ci kilometrə qədər tempim təqribən 4,15 dəqiqə idi. Belə davam etsəydim, məsafəni təxminən 27,15 dəqiqəyə qət edəcəkdim ki, nəticədə ilk "20-lik" və ya "15-liy"ə düşəcəkdim. Tempim düşdüyü üçün fəxri kürsüdə yer almaq qismət olmadı. Ən azı 10-cu və ya 15-ci yerlərdən birini tutacağımı gözləyirdim".

İdmançı növbəti il 24 saatlıq marafonda iştirak edəcəyini bildirib:

"Bu yarış bir ildən bir keçirilir. Növbəti il 24 saatlıq yarışda iştirak edəcəyəm. Bu ilin mayında 48 saatlıq qaçış üzrə dünya ikincisi olmuşam. Hindistanda 100 kilometr məsafəyə qaçdım. Əslində bu mənim məsafəm deyil. Sürətim yüksək deyil, ancaq dözümlülüyüm yaxşıdır. Ona görə də daha uzun məsafəyə qaçıram. 220, 327 kilometr məsafələrə qaçmışam. Hətta Vətən müharibəsindən sonra şəhidlərin xatirəsinə həsr olunan 44 günlük yarışda 3000 kilometr məsafəyə yürüşdə iştirak etmişəm".

Marafonçu Azərbaycan rekordunu yenilədiyini söyləyib:

"Azərbaycan rekordunu yeniləyəcəyimi bilirdim. Rekord 8 saat 30 dəqiqə idi. Ötən il atletlərimizdən biri 100 km məsafəni məhz bu müddətə qət etmişdi. Sadəcə, yarışın sertifikatı olmadığına görə rəsmi deyildi. Hindistandakı yarış isə rəsmi dünya çempionatı idi və mən 8 saat 17 dəqiqə ilə rekordu yenilədim. Rekordun rəsmən qeydə alınması üçün Azərbaycan Atletika Federasiyasına müraciət edəcəyəm. Ümumiyyətlə, hazırda ölkədə həm 24, həm də 48 saatlıq qaçış üzrə rekordlar mənə məxsusdur. Lakin Azərbaycanda rəsmi olaraq 24 saatlıq qaçış keçirilməyib deyə rekord qeydə alına bilməz".

E.Əskərov hazırda müalicə aldığını vurğulayıb:

"Hazırda axsaya-axsaya gəzirəm. Düşünürəm ki, müalicə 10 günə yekunlaşacaq. Daha sonra məşqlərə davam edəcəyəm".

Qeyd edək ki, Elmir Əskərov Hindistanın Benqaluru şəhərində 100 km məsafəyə qaçış üzrə dünya çempionatında 8 saat 17 dəqiqə nəticə ilə kişilər arasında 44-cü yeri tutub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 17:00

Aftandil Hacıyev: Uşaq futbolunda səviyyə fərqini azaltmaq üçün çempionat yanaşması dəyişdirilməlidir

Futbol
Bu gün, 16:40

FIFA prezidenti İnfantino ev işçisi üçün ABŞ iş icazəsi üçün əlaqələrdən istifadə etdi

Gimnastika
Bu gün, 16:25

Lənkəranda bədii gimnastika üzrə Açıq region birinciliyi noyabrın 14-də keçiriləcək

Qarabağ FK
Bu gün, 16:20

Aftəndil Hacıyev: İldə yalnız 2-3 beynəlxalq matçla gənc futbolçuların inkişafı çətindir

Futbol
Bu gün, 16:20

Rayan Ait-Nuri qış transfer pəncərəsində Mançester Sitini tərk etmək niyyətindədir

Boks
Bu gün, 16:14

Qız boksçularına valideyn və qardaş kimi yanaşmalıyıq

Futbol
Bu gün, 16:02

Barselona futbolçusu Jül Kunde, Atletiko qarşılaşmasını da buraxacaq;

Qarabağ FK
Bu gün, 16:00

“Sabah”sız rəmzi komanda: “Qarabağ” və “Neftçi”də yalnız bir oyunçu

Futbol
Bu gün, 15:59

“Flamenqo” Alissona Braziliyada qayıdışı üçün maraq

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:37

Kódzo Taşima, FİFA prezidentliyinə namizədliyini irəli sürdü

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Oxşar xəbərlər