top
Ditmar Hamann: Bakıdakı Sabah qələbəsi Borussiya üçün psixoloji və çempionlar liqası baxımından vacibdir Idman.biz
Bu gün, 16:01
- ↺ +

Ditmar Hamann: Bakıdakı Sabah qələbəsi Borussiya üçün psixoloji və çempionlar liqası baxımından vacibdir

Almaniya millisinin sabiq futbolçusu, hazırda "Sky Sport"un eksperti olan Ditmar Hamann Dortmund "Borussiya"sının Azərbaycan təmsilçisi "Sabah" üzərində 2:1 hesablı qələbəsini həm psixoloji, həm də turnir baxımından mühüm nəticə adlandırıb.

İdman.Biz "Sky Sport Deutschland"a istinadən xəbər verir ki, Hamann müəllif köşəsində Bakıdakı qələbə sayəsində Niko Kovaçın komandasının UEFA Çempionlar Liqasının 1/8 finalına birbaşa vəsiqə qazanmaq şansını qoruduğunu bildirib.

Ekspertin sözlərinə görə, Norveçin "Budyo-Qlimt" klubuna 0:1 hesablı məğlubiyyətdən və Bundesliqada ardıcıl iki heç-heçədən sonra Dortmund təmsilçisi üçün yenidən qələbə yoluna qayıtmaq vacib idi. Komandanın əsas oyunçularından Konstantinos Karetsasın zədələnməsi isə vəziyyəti daha da çətinləşdirib.

"Dortmund əvvəlki sürətini itirmişdi. Karetsasın zədəsini də nəzərə alsaq, Azərbaycandakı oyun Niko Kovaçın komandası üçün psixoloji baxımdan da asan deyildi", - deyə Hamann vurğulayıb.

Onun fikrincə, "Sabah" üzərində qələbə "Borussiya" üçün mütləq qazanılmalı olan nəticə idi. Lakin bu uğurun əhəmiyyəti yalnız üç xalla məhdudlaşmır. Almaniyalı ekspert hesab edir ki, Bakıdakı qələbə futbolçuların özünəinamını bərpa etməsinə də kömək etməlidir.

Hamannın sözlərinə görə, Dortmund klubu artıq Çempionlar Liqasında ən azı pley-off mərhələsinin keçid oyunlarında iştirakını demək olar ki, təmin edib. Bununla belə, komandanın birbaşa 1/8 finala yüksəlib-yüksəlməyəcəyi hələ məlum deyil.

Ekspert diqqətə çatdırıb ki, "Borussiya" turnirin ümumi cədvəlində Münhen "Bavariya"sını bir xal və bir pillə qabaqlayır.

Hamann Karetsasın komandadakı roluna da toxunub. Onun fikrincə, oktyabrın 31-də "Bavariya" ilə keçiriləcək prinsipial qarşılaşmada futbolçunun iştirakı xüsusilə vacib olacaq. Çünki Karetsas demək olar ki, heç nədən qol fürsəti yarada və komanda yoldaşlarının oyun keyfiyyətini yüksəldə bilən futbolçudur.

Xatırladaq ki, oktyabrın 20-də Bakıda keçirilən UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunun oyununda "Sabah" Dortmund "Borussiya"sına 1:2 hesabı ilə məğlub olub. Qonaqların heyətində Seru Qirassi dubla imza atıb, Azərbaycan təmsilçisinin yeganə qolunu isə Eyden Makkarti vurub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 16:47

Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə görüş keçirilib - FOTO

Digər
Bu gün, 16:40

Superkompüter ÇL-in favoritinin adını açıqladı

Digər
Bu gün, 16:31

Zirvə uğrunda beşli mübarizə: PSJ və “Lion” liderlik, “Monako” revanş axtarışında - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 16:22

Kişi voleybolçular arasında Azərbaycan Super Liqasında yeni mövsüm başlayır

Futbol
Bu gün, 16:16

“Zirə”nin qapıçısı Aydın Bayramov: “Komandamızın potensialı birinci üçlükdə də mübarizə aparmağa imkan verir”

Digər
Bu gün, 16:00

“Sabah”ın oyunu “Fənərbaxça”, “Qalatasaray” və “Mançester Siti”ni geridə qoydu

Futbol
Bu gün, 15:46

“Qalatasaray” – “Fənərbağça” derbisi və “Amedspor”un liderlik mübarizəsi

Futbol
Bu gün, 15:31

Lüksemburq U‑16 yığması Bakıda ilk FIFA Dünya Çempionatı və Festivalına çıxacaq

Güləş
Bu gün, 15:29

Nenad Laloviç yenidən UWW prezidentliyi vəzifəsini tutdu

Şahmat
Bu gün, 15:25

11 yaşlı şahmatçı Bodhana Şivanandan Avropa Klublar Kubokunda Yudit Polqarın 38 illik rekordunu qırmağa yaxındır

Futbol
Bu gün, 15:18

Genduzi UEFA Çempionlar Liqasında Yaxşı Olmayan Səhv Üzrə Üzr İstəyib

Futbol
Bu gün, 15:16

Arsenal, Aleks Baenanı heyətinə qatmaq istəyir

Digər
Bu gün, 15:03

Həvəskarlıqla böyük idman arasında: Azərbaycanda qayayadırmanma necə inkişaf edir? - İDMAN.BİZ-in REPORTAJI - FOTO

Digər
Bu gün, 14:59

Türkiyənin 4 nəhəng klubu cərimələnib

Digər
Bu gün, 14:50

Kanaki və Maohi Nui komandaları Bakıda

Qarabağ FK
Bu gün, 14:48

“Sabah” – “Qarabağ”: Mərdəkanın yeni “Sabah Arena”da köhnə rəqabət və liderlik mübarizəsi – İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 14:41

Sabah futbol komandası baş məşqçisi Valdas Dambrauskas ildə 50 kitab oxuyur

Futbol
Bu gün, 14:40

Kəpəz – Şəfa matçı kinoteatrda nümayiş olunur

Digər
Bu gün, 14:33

Azərbaycanlı namizəd dünya güləşinin prezidentliyinə iddialıdır: Namiq Əliyev kimdir?

Digər
Bu gün, 14:26

İspaniyada Messinin qaldığı otelin önündə böyük İZDİHAM

Qarabağ FK
Bu gün, 14:25

“Qarabağ”ın sabiq hücumçusu oyunda kütləvi davaya səbəb oldu - VİDEO

Digər
Bu gün, 14:20

“Azərbaycan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır”

Futbol
Bu gün, 14:05

Koy-Leons Mikelsin "Borussiya Mönhenqladbax"a şəxsi arzusuna baxmayaraq, clubdan rəsmi transfer təklifi olmamışdır

Oxşar xəbərlər