top
Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var” Idman.biz
Bu gün, 01:25
- ↺ +

Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var”

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik La Liqanın onuncu turunda "Real Madrid"lə keçiriləcək El-Klasiko öncəsi rəqibin gücünü yüksək qiymətləndirib və Joze Mourinyo haqqında fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis mətbuat konfransında Madrid təmsilçisinin xüsusilə hücum xəttində böyük potensiala malik olduğunu vurğulayıb.

"Real Madrid" dünyanın ən yaxşı komandalarından biridir. Bu, güclü futbolçuları və əla məşqçisi olan böyük klubdur. Xüsusilə hücumun son mərhələsində çox keyfiyyətlidirlər. Son oyunlarda da yaxşı nəticələr göstəriblər. Biz buna hazır olmalıyıq", - deyə Flik söyləyib.

Mourinyo barədə sualı cavablandıran baş məşqçi portuqaliyalı həmkarına hörmət etdiyini gizlətməyib:

"Ona böyük hörmətim var. Uzun illər ərzində böyük komandaları çalışdırıb və uğurlar qazanıb. Öz səviyyəsini dəfələrlə sübut edib. O, çox uğurlu məşqçi və dəyərli həmkardır".

Flik El-Klasikonun adi çempionat oyunundan daha böyük əhəmiyyət daşıdığını düşünür:

"Bu, futbolun təqdim edə biləcəyi ən yaxşı qarşılaşmadır. El-Klasiko sadəcə üç xaldan daha böyük məna daşıyır. Düşünürəm ki, komandadakı hər kəs necə oynamaq istədiyimizi bilir. Əsas məsələ də budur. Biz hazırıq və komandama inanıram".

PSJ-yə məğlubiyyəti də xatırladan mütəxəssis həmin oyundan nəticə çıxardıqlarını qeyd edib:

"Qarşılaşmanı təhlil etmişik. Bəzi məqamlarda çox yaxşı oynadıq, amma inkişaf etdirməli olduğumuz tərəflər də var. Komanda olaraq irəliləməyə davam etməliyik. Sabah bunu göstərmək və öz oyun üslubumuzu nümayiş etdirmək üçün yaxşı fürsətdir".

Flik heyətdəki itkilər barədə də danışıb. Onun sözlərinə görə, Dani Olmo zədə səbəbindən meydana çıxa bilməyəcək:

"Olmo çox yaxşı vəziyyətdə idi, tam hazır idi. Təəssüf ki, bəxti gətirmədi. Bununla barışmalıyıq. Onun yoxluğunu hiss edəcəyik".

Baş məşqçi Jül Kundenin də oyunda iştirak etməyəcəyini təsdiqləyərək futbolçunun sağlamlığı ilə bağlı risk etmək istəmədiklərini vurğulayıb.

Gənc futbolçuların çıxışına toxunan Flik Rodrinin komandaya əlavə imkanlar qazandırdığını, Xavi Espartın isə böyük potensiala malik olmasına baxmayaraq, inkişafını davam etdirməli olduğunu söyləyib.

Qeyd edək ki, "Barselona" - "Real Madrid" qarşılaşması bu gün "Spotify Kamp Nou" stadionunda keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 02:18

Evloyevin məğlubiyyətsiz seriyası qırıldı: “Volkanovski böyük çempiondur”

Futbol
Bu gün, 01:58

Xulian Alvares ‘Atletiko’ azarkeşlərinə üzr istədi: ‘Bu, səhv idi’

Digər
Bu gün, 01:41

De Zerbi derbidəki qələbəni şərh etdi: “Mentalitetimizi dəyişmişik, indi əsl komandayıq”

Futbol
Bu gün, 01:17

Ramil Şeydayevin çıxışı ilə Soçi komandası Rusiyada dördüncü qələbəsini qazandı

Futbol
Bu gün, 01:07

Lans 2-1lə Parisə məğlubiyyət qazandı, liderlərə bir xal yaxınlaşdı

Digər
Bu gün, 00:55

Pyotr Yan üçüncü dəfə Dvalişvilini məğlub edərək UFC çempionluq kəmərini uğurla müdafiə etdi

Digər
Bu gün, 00:38

Mourinyo El-Klasiko öncəsi “Barselona”ya söz atdı: “Bizi də bezdirən şeylər var”

Digər
Bu gün, 00:31

Qavi El-Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

Futbol
Bu gün, 00:14

Xabi Alonso “Tottenhem”də 0:2 məğlubiyyətdən sonra komandası performansını tənqid etdi

Qarabağ FK
Dünən, 23:49

“Sabah” “Qarabağ”la oyuna hazırlaşmaq üçün son məşqini tamamladı – FOTO

Futbol
Dünən, 23:36

Berdıyev: Neftçi ilə 1-1 bərabərlikdə qapı qıran qola bütün komanda cavabdehdir

Digər
Dünən, 23:21

Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik, amma iki xal itirdik”

Digər
Dünən, 22:58

Millimizin üzvü üçün 56 dəqiqə

Güləş
Dünən, 22:56

Azərbaycanın Qazaxıstandakı səfirliyi dünya çempionatının finalına yüksələn Eldəniz Əzizliyə və Sənan Süleymanova uğurlar arzuladı

Futbol
Dünən, 22:55

Totenhem 2-0 ilə Çelsini məğlub etdi

Futbol
Dünən, 22:28

Kim Min Jae-nin Arsenal-a keçidi ehtimalı

Futbol
Dünən, 22:20

Şəfa baş məşqçisi Həşimov: 1:2 məğlubiyyət, oyun başlanğıcında pis, sonra toparlanıldı

Futbol
Dünən, 21:59

Şəfa – Kəpəz matçının video icmalı (1:2)

Qarabağ FK
Dünən, 21:50

Neftçi baş məşqçisinin matç sonrası açıqlamaları: Futbolçuların düşüncələrini başa düşə bilmirəm

Digər
Dünən, 21:39

Azərbaycan Atletika Federasiyası Lozanna’dakı Avropa Atletika Konvensiyasında iştirak etdi

Futbol
Dünən, 21:21

Prezident İlham Əliyev U-15 Milli Yığmasını təbrik etdi, Famil Xəlilov motivasiyanı artırır

Futbol
Dünən, 21:16

Kurban Berdıyev: "Turan Tovuz" "Neftçi" ilə heç-heçəni itirilən 2 xal kimi qiymətləndirir

Futbol
Dünən, 21:00

Azərbaycan U-15 millisə FIFA Dünya Çempionatı sahəsində 6-0 hesabı ilə Timor-Leste ilə qələbə qazandı

Oxşar xəbərlər