top
Flame Towersdəki yarış kifayət qədər yüksək çətinlik dərəcəsinə malikdir - Daniel Çeçektan müsahibə Idman.biz
19 sentyabr 2025, 14:08
- ↺ +

"Flame Towers"dəki yarış kifayət qədər yüksək çətinlik dərəcəsinə malikdir - Daniel Çeçektan müsahibə

Bu ildən etibarən Bakı vertikal qaçış üzrə dünya turunun təqviminə daxil edilib. Sentyabrın 28-də "Flame Towers"də keçiriləcək "SkyWinD" turniri müxtəlif ölkələrdən idmançıları bir araya gətirəcək. Onlar 32 mərtəbəlik, 160 metr hündürlüyündə və 837 pillədən ibarət marşrutu qət etməlidirlər. Tədbirdə həmçinin bu idman növü üzrə Dünya Assosiasiyasının (TWA) prezidenti Daniel Çeçekta da iştirak edəcək.

İdman.biz-ə eksklüziv müsahibə verən Daniel Çeçekta yarışın əhəmiyyəti, vertikal qaçışın özəllikləri və qəhrəmanları barədə danışıb.

– İyulun əvvəlində Bakıya səfər etdiniz və həmin vaxt "Flame Towers"də yarış keçiriləcəyini elan etdiniz. Bu turnirdən gözləntiləriniz nələrdir?

– Əvvəlcə deyim ki, indiyədək heç vaxt Azərbaycanda olmamışdım. Halbuki, həmişə bu gözəl ölkənizi və paytaxtınızı görmək istəmişəm. Nəhayət bura gələndə ən xoş təəssüratları yaşadım. İyul səfəri çox zəngin və məhsuldar keçdi. Gənclər və idman naziri Fərid Qayıbovla, "Triterra" klubunun təsisçisi Rüfət Həsənovla görüşdüm, müxtəlif birgə layihələri müzakirə etdik. Həmin vaxt rəsmi olaraq elan olundu ki, sentyabrda "Flame Towers"da TWA bayrağı altında yarış keçiriləcək.

Təbii ki, müəyyən həyəcan var, bu da normaldır. Yarış bütün iştirakçılar üçün böyük sınaq olacaq və onu izləmək də çox maraqlı olacaq.

– Bakıda hansı vertikal qaçış ulduzlarını görmək mümkün olacaq?

– Yaxın günlərdə bununla bağlı açıqlama veriləcək. Amma deyə bilərəm ki, dünya reytinqinin aparıcı idmançılarından Kamilla Çomaniçova Bakıya gələcək. Slovakiyalı idmançı bu il artıq dünyanın müxtəlif ölkələrində 18 yarışda iştirak edib və hazırda reytinqdə beşinci yerdədir. Əminəm ki, yeni məkan iştirakçılar üçün çox maraqlı olacaq. Çünki bu, təkcə "Flame Towers"də yarışmaq deyil, həm də Bakını görmək, şəhərin ruhunu hiss etmək imkanıdır. Yarış ənənəvi hal aldıqca, gələnlərin sayı da artacaq.

– Dünya turunun təqvimi necədir, yarışlar hansı intensivliklə keçirilir?

– Təqvim kifayət qədər sıxdır. Demək olar ki, hər həftəsonu bir neçə yarış təşkil olunur. Məsələn, bu ayın əvvəlində Sinqapur, İndoneziya, Çin və Slovakiyada turnirlər keçirildi. Sentyabrın ikinci həftəsonunda isə Yaponiya, Avstraliya, Çexiya, Polşa, Almaniya və ABŞ-də mərhələlər baş tutdu. Göründüyü kimi, təqvim çox intensivdir və idmançıların geniş seçim imkanı var. Bundan başqa, təşkilatımızın xüsusi reytinq sistemi də mövcuddur. Bu sistem yalnız kişi və qadın idmançılar arasında deyil, həm də ölkələr üzrə hesablanır.

– Çətinlik baxımından "Flame Towers" yarışı necə qiymətləndirilir?

– Hər yarışın öz göstəricisi var. Bu, "faktor" adlanır – yarışa verilən rəqəmsal dəyərdir və onun çətinliyini, beynəlxalq statusunu əks etdirir. Bu göstərici həm də dünya turunda xal hesablanmasına təsir edir. Bakıda keçiriləcək mərhələnin faktoru 60-dır. Məsələn, Çinin Xarbin şəhərindəki turnirdə də eyni göstərici var. Bu isə kifayət qədər yüksək çətinlik dərəcəsidir.

– Siz idmançıdan beynəlxalq təşkilat rəhbərinə qədər yüksəlmisiniz. Bu təcrübə işinizə nə dərəcədə kömək edir?

– Əlbəttə, çox kömək edir. 2013-cü ildə ilk dəfə "Empire State Building" yarışında iştirak etdim və qalib gəldim. Hətta dostlarımla bunun üstündə iddiaya girmişdim. Bu, həyatımı tamamilə dəyişdi – heç gözləmədiyim halda. Elə həmin ildən TWA-ya qoşuldum və məqsədim vertikal qaçışı sağlam həyat tərzinə əsaslanan qlobal idman növünə çevirmək oldu. İndi görürəm ki, bu idman günü-gündən daha çox insanı birləşdirir.

Zəki Feyzullayev

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Bu gün, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Bu gün, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Bu gün, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Bu gün, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Bu gün, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Bu gün, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Bu gün, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Bu gün, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Bu gün, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Futbol
Bu gün, 21:13

Espanyolun Sabiq Həcumçusu Mişel Pineda 62 Yaşında Ölüm

Futbol
Bu gün, 20:57

Everton Markus Reşford üçün danışıqlara başladı

Futbol
Bu gün, 20:55

Juventus Kenan Yıldızı satmaq məcburiyyətində qala bilər, Arsenal onun ən böyük maraqlananıdır

Futbol
Bu gün, 20:41

Barselona’da Jul Kundenin zədəsi hələ də davam edir

Futbol
Bu gün, 20:29

Azərbaycan U-15 milli komandası FIFA Dünya Çempionatıda Vyetnamı 2:4 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 20:27

Çelsi, İspaniya milli müdafiəçisini transfer etmək istəyir

Futbol
Bu gün, 20:27

Mançester Siti beş ildə transferlərdən bir milyard qazandı, Mançester Yunayted isə 405 milyon funt itirdi

Futbol
Bu gün, 19:59

Maykl Karrik vəzifəsinin saxlanılmasına “Təəccüblənmirəm” deyə cavab verdi

Futbol
Bu gün, 19:58

Qalibləri futbolçuların səsverməsi ilə seçiləcək

Futbol
Bu gün, 19:46

Conston Berq eyni gündə 30 dəqiqəlik fasilə ilə iki kubok oyunu oynayacaq

Futbol
Bu gün, 19:24

Xristo Stoiçkov Bakıya gəlib və 120 uşaq arasında FIFA-nın “Boots for All” festivalında iştirak edib

Cüdo
Bu gün, 19:20

Balabəy Ağayev BƏƏ-də “Böyük Dəbilqə” turnirində qızıl medala yiyələndi

Digər
Bu gün, 18:59

"Mançester Yunayted"in hücumçusu üçün 2026-cı il erkən başa çatdı

Digər
Bu gün, 18:51

Qakpo penalti vurmağın sirrini açdı: “Əvvəlcədən küncü seçirəm”

Oxşar xəbərlər