Azərbaycan U-15 dünya çempionatına və festivalına hazırdır.
"Report" xəbər verir ki, bu barədə FIFA sosial şəbəkə hesabından paylaşım edib.
Ali futbol qurumu Bakıda keçiriləcək turnirlə bağlı post paylaşıb və Hövsan Yarış Kompleksinin hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb:
"Bura 66 günə AFFA tərəfindən ərsəyə gətirilib. Azərbaycan FIFA U-15 dünya çempionatı və festivalına hazırdır".