top
Fərid Qayıbov: Gənclər və idman siyasətini beynəlxalq əməkdaşlıqla gücləndiririk Idman.biz
01 sentyabr 2026, 10:59
- ↺ +

Fərid Qayıbov: Gənclər və idman siyasətini beynəlxalq əməkdaşlıqla gücləndiririk

"Dəyişən dünyada əldə olunan təcrübəni düzgün qiymətləndirmək və onu gələcək imkanlara çevirmək inkişafın əsas şərtlərindən biridir. Müasir dövrdə bilik, bacarıq və təcrübə yalnız fərdi üstünlük deyil, həm də cəmiyyətin inkişaf potensialını müəyyən edən mühüm resursdur".

İdman.Biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov ənənəvi "Nazirin Nöqteyi-Nəzəri" qeydlərində bildirib.

Nazir qeyd edib ki, bu baxımdan hər bir beynəlxalq əməkdaşlıq, yarış, təlim və gənclər təşəbbüsü gələcəyə qoyulan sərmayədir.

"Ötən ay keçirilən beynəlxalq görüşlər və tədbirlər bir daha göstərdi ki, gənclər və idman sahəsində davamlı inkişaf ölkəmizin beynəlxalq tərəfdaşlıqlarının genişlənməsi ilə sıx bağlıdır. Bakıda səfərdə olan Beynəlxalq Şahmat Federasiyasının nümayəndə heyəti, İranın gənclər və idman naziri Əhməd Dünya Malinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşlər, iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə 2026-2028-ci illər üçün Fəaliyyət Planının imzalanması, eləcə də Avropa Voleybol Konfederasiyasının prezidenti Roko Sikiriçlə aparılan müzakirələr səmərəli oldu", - deyə Fərid Qayıbov vurğulayıb.

Nazir beynəlxalq arenada təcrübə qazanan idmançı və gənclərlə keçirilən görüşlərə də toxunub:

"Beynəlxalq yarışlarda uğur qazanan idmançılarla, eləcə də nazirliyin dəstəyi ilə beynəlxalq müsabiqə və olimpiadalarda iştirak etmiş gənclərlə görüşlərimizdə onların təəssüratlarını dinlədik. Fərqli ölkələrdə və rəqabətli mühitlərdə qazanılan təcrübə gənclərin dünyagörüşünü genişləndirir, idmançıların isə peşəkar inkişafını yeni səviyyələrə ucaldır və inanıram ki, onlar bu təcrübədən maksimal yararlanacaqlar".

Fərid Qayıbov avqustda Azərbaycan idmançılarının əvvəlki aylardakı uğurlu çıxışlarını davam etdirdiyini bildirib.

"Hər bir medal və kubok arxasında idmançının əzmi, məşqçinin zəhməti, düzgün hazırlıq prosesi və yaradılmış imkanlar dayanır. Bakıda qadın voleybolçular arasında 34-cü Avropa çempionatının, Gəncədə 150 nəfərin, o cümlədən paralimpiya, deflimpiya və xüsusi olimpiya idmançılarının qatıldığı "Ganja Cup 2026" üzgüçülük yarışları təşkil edildi", - deyə nazir qeyd edib.

O, Mingəçevirdə beşinci dəfə keçirilən "Kürü keçək?!" açıq suda üzmə yarışının da idmanın kütləviləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb:

"Bu dəfə də müxtəlif yaş kateqoriyaları üzrə çox sayda qadın, kişi, yaşlı və uşaq Kürün bir sahilindən digərinə keçmək üçün Mingəçevirə gəlmişdilər. Artıq beşinci dəfə keçirdiyimiz və əhalinin maraqla qatıldığı yarış həm idmanın kütləviliyi, həm də sağlam həyat tərzinin təbliği baxımından əhəmiyyətlidir".

Nazir gənclərlə iş istiqamətində yeni təcrübələrin tətbiq edildiyini və diqqət mərkəzindən kənarda qalan yeni gənclər kateqoriyalarının müxtəlif layihələrə cəlb olunmasının vacibliyini qeyd edib.

"AVAZ" Gənclərin Xor Düşərgəsi, "Həyat bacarıqları" inklüziv düşərgəsi, "Poliqon" gənclərin hərbi-vətənpərvərlik düşərgəsi, "Region Gənclərinin IV Liderlik Məktəbi", "Viki Mingəçeviri sevir" beynəlxalq düşərgələri adi istirahət düşərgələri deyil - gənclərimizin müxtəlif istiqamətlərdə öz potensiallarını reallaşdırılması üçün yeni platformalardır", - deyə o vurğulayıb.

Fərid Qayıbov Şamaxıda "YayFest" çərçivəsində gənclərlə süni intellekt, kibertəhlükəsizlik, texnoloji mühəndislik və digər mövzularda keçirilən dialoqların da gənclər siyasətinin yeni mərhələsinə xidmət etdiyini bildirib:

"Bu dialoqun məqsədi gənclər siyasətinin yeni mərhələsində gənclərin iştirakına şərait yaratmaqdır. Biz gənclər siyasətini və onun icrasını gənclər üçün və gənclərlə birlikdə aparırıq".

Nazir son olaraq vurğulayıb ki, hər bir nəticənin arxasında qazanılan medalın, dostluğun, yeni yaranan ideyanın, eləcə də əzmkarlıq və istəyin izləri dayanır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Dünən, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Oxşar xəbərlər