top
Elvin Yunuszadə: “Türkiyədə futbola münasibət tamamilə fərqlidir” Idman.biz
Bu gün, 12:53
- ↺ +

Elvin Yunuszadə: “Türkiyədə futbola münasibət tamamilə fərqlidir”

"Türkiyə futbol oynamaq üçün çox yaxşı ölkədir. Nəticələrdən və komandanın turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, burada futbola yanaşma tamamilə fərqlidir. Verilən dəyər və münasibət futbolçunun özünü bu peşənin bir parçası kimi hiss etməsinə imkan yaradır. Komandanın turnir cədvəlinin zirvəsində, yaxud sonuncu pilləsində qərarlaşmasından asılı olmayaraq, futbola münasibət dəyişmir. Bu baxımdan Türkiyə futbolunun özünəməxsus atmosferi var".

Bu sözləri Türkiyə Birinci Liqasında mübarizə aparan "Boluspor"un azərbaycanlı futbolçusu Elvin Yunuszadə deyib.

Yay transfer pəncərəsində Türkiyənin "Boluspor" klubuna keçən 34 yaşlı müdafiəçi komandanın mövsümə hazırlıq prosesində üzləşdiyi çətinliklərdən danışıb.

"Komanda çox gec formalaşdı. Çempionatın başlamasına cəmi 3-4 gün qalmış kollektiv bir araya gəldi. Mən özüm də mövsümün startı ərəfəsində komandaya qoşularaq müqavilə imzaladım. Komanda nə yoldaşlıq görüşləri keçirmişdi, nə də təlim-məşq toplanışında iştirak etmişdi. Belə şəraitdə çempionata başlamaq istər-istəməz nəticələrə təsir göstərdi. Sonradan heyətə yeni futbolçular da qoşuldu. Bütün bunlar klubun mövsümə hazırlıq prosesində özünü göstərdi", - deyə o futbolinfo.az-a açıqlamasında söyləyib.

Yunuszadə ötən tur "Sivasspor" üzərində qazanılan qələbənin komandaya müsbət təsir etdiyini vurğulayıb. O, əvvəlki qarşılaşmalarda da qələbə qazanmaq üçün kifayət qədər imkanlarının olduğunu bildirib:

"Sivasspor" üzərində qazandığımız qələbə bizim üçün yaxşı motivasiya oldu. Bu uğuru davam etdirməyə çalışacağıq. Düşünürəm ki, məğlub olduğumuz bir çox qarşılaşmada yaxşı oyun nümayiş etdirmişik və qələbə qazanmaq üçün real şanslarımız olub. Hətta bu oyunların təxminən 80 faizində qalib gələ biləcəyimizi düşünürəm. Sadəcə, bəzi xırda nüanslar çatışmadığı üçün istədiyimiz nəticəni əldə edə bilməmişik".

Mərkəz müdafiəçisi komandanın I Liqada mövsümün qalan hissəsi üçün qarşıya qoyduğu hədəflərdən söz açıb. O, əsas məqsədlərinin liqada mövqelərini yaxşılaşdırmaq və çempionatdakı yerlərini qorumaq olduğunu qeyd edib:

"Əsas hədəfimiz turnir cədvəlində daha yaxşı mövqeyə yüksəlməkdir. Bunun üçün əlimizdən gələni edirik. Hazırkı vəziyyət bizi autsayder kimi göstərsə də, əslində, liqada vəziyyət o qədər də birmənalı deyil. Bu, rəqabətin yüksək olduğu və nəticələrin tez-tez dəyişdiyi çempionatdır. Komandalar arasındakı xal fərqi böyük deyil və hər qələbə turnir cədvəlinə ciddi təsir göstərir. Əsas məqsədimiz isə liqada yerimizi qorumaqdır".

Elvin şəxsi çıxışını da dəyərləndirib. Zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalan müdafiəçi hazırda əsas heyətdə daha çox şans qazanmağa çalışdığını bildirib:

"Bu mövsüm üç oyunda meydana çıxmışam. Komandaya qoşulduqdan sonra zədələndim və bu, mənim üçün müəyyən mənada şanssızlıq oldu. Yeni baş məşqçinin gəlişindən sonra, səhv etmirəmsə, ilk oyuna bir tur qalmış məşqlərə qayıtdım. Hazırda da şansımı gözləyirəm. Zədədən sonra komandaya qayıtdığım üçün baş məşqçinin məni yaxından tanımağa və oyun keyfiyyətlərimi qiymətləndirməyə vaxtı olmayıb. Bununla belə, düşünürəm ki, zaman keçdikcə daha çox oynamaq və komandaya fayda vermək imkanı qazanacağam.

Ona görə hələlik şəxsi çıxışımla bağlı konkret fikir bildirmək istəməzdim. Bunun üçün daha çox oyun keçirməli, meydanda özümü göstərməliyəm. Futbolçunun nəyə qadir olduğunu və komandaya nə verə biləcəyini ən yaxşı oyun zamanı görmək mümkündür. Daha çox şans qazandıqdan sonra çıxışımı daha dolğun qiymətləndirə bilərəm. Hazırda komandadayam və yayadək müqaviləm var. Bu müddətdə kollektivə maksimum fayda vermək üçün əlimdən gələni edəcəyəm. Bundan sonrakı mərhələdə nələrin baş verəcəyini isə zaman göstərəcək".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Futbol
Bu gün, 11:40

"Lids" Liverpoolun yarımmüdafiəçisini qış transfer pəncərəsində transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 11:39

Lionel Messinin uşaqlarının təhsil xərcləri açıqlanıb

Gimnastika
Bu gün, 11:09

Gimnastikada finala yaxınlaşan Azərbaycanlı Nikita Simonov: 'Daha güclü olmaq üçün planlarım var'

Minifutbol
Bu gün, 11:05

Azərbaycan futzalının milli komandası Çexiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Roman Hüseynov: Vəziyyətin bu səviyyəyə çatmasını istəmirik

Digər
Bu gün, 10:58

Gəncə'də Zəfər Gününü qeyd edərək veloyürüş keçirildi

Futbol
Bu gün, 10:43

Napoli Qavini Barselona'dan transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 10:40

Anastasios Duvikas, Yunan hücumçusu, Çempionlar Liqasının bombardlilər siyahısında liderdir

Cüdo
Bu gün, 10:32

Bakı şəhərində U-17 cüdo birinciliyi 9-10 noyabr tarixində keçiriləcək

Digər
Bu gün, 10:28

Fərid Qayıbov Monako'da Avropa Şurasının iclasında çıxış etdi

Formula 1
Bu gün, 10:13

Alan Cons, 1980-ci il Formula-1 dünya çempionu, 80 yaşında vəfat etdi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi” Braziliya hücumçusunu transfer etdi, “Qarabağ” yenidən Portuqaliya klubuna müraciət edir

Futbol
Bu gün, 09:49

Sabah Kapitanı Stas Pokatilov: UEFA Çempionlar Liqasında Ən Çox Qurtarış Edən İkinci Qapıçıdır

Qarabağ FK
Bu gün, 09:45

Riçard Almeyda Azərbaycana qayıtdı: Emosional paylaşımı ilə həsrətini izah etdi

Digər
Bu gün, 09:40

Kanada Rus millətinin gənclər dünyə çempionatına qatılmamasına qərar verdi

Futbol
Bu gün, 09:38

Yeddinci turun son dörd oyunu bu gün

Oxşar xəbərlər