Kanada Rusiya millisini gənclər arasında təşkil olunacaq hokkey üzrə dünya çempionatında iştirakına icazə verməyəcək. Sport24.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni məlumat verib.
"Rusiya və Belarus Ukraynadakı bu qanunsuz, əsassız və dəhşətli müharibəni dəstəkləyirlər. Müharibə davam etdiyi müddətdə bu idmançıların heç biri Kanadada keçirilən yarışlarda öz ölkələrini təmsil etməyəcək. Beləliklə, əgər xüsusilə Gənclər arasında Dünya Çempionatını nəzərdə tutursunuzsa, ruslar orada iştirak etməyəcəklər", – deyə "Sportivnoye Nazvaniye" Telegram kanalı Karninin sözlərindən sitat gətirir.
Qeyd edək ki, siyasətçinin bu bəyanatı Rusiyanın beynəlxalq hokkeyə mümkün qayıdışı ilə bağlı davam edən müzakirələr fonunda səslənib.