top
Elit Polo Club yarımfinala yüksəldi – Sea Breeze 2026 beynəlxalq çimərlik polosu turniri Idman.biz
11 sentyabr 2026, 21:19
- ↺ +

Elit Polo Club yarımfinala yüksəldi – Sea Breeze 2026 beynəlxalq çimərlik polosu turniri

Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirində mübarizə aparan "Elit polo club" yarımfinala yüksəlib.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi Rusiyanın "Moskva" klubunu 7:3 hesabı ilə məğlub edib.

"Sea Breeze Resort" ərazisindəki "Havana Beach"də keçirilən qarşılaşmadan sonra "Elit"in kapitanı Elçin Camallı görüşlə bağlı fikirlərini bölüşüb.

O, matçın gərgin keçdiyini bildirib: "Yaxşı hazırlaşmışdıq və maraqlı oyun alındı. Qum örtüyü bir qədər dərin idi. Ümid edirəm ki, sabahkı görüşdə qələbə qazanaraq finala yüksələrik".

Camallı qum örtüyünün oyun zamanı atların fiziki durumuna da təsir etdiyini söyləyib. Onun sözlərinə görə, əvvəlcə qumun bərk olması sürətli oyun gözləntisi yaradıb, lakin qarşılaşma davam etdikcə örtük dərinləşib.

"Normalda at altı dəqiqədən sonra yorulursa, burada təxminən üç dəqiqədən sonra yorulurdu. Buna görə də atları üç dəqiqədən bir dəyişirdik ki, onların zədələnməsinin qarşısını alaq və daha gümrah qalsınlar", – deyə kapitan qeyd edib.

Azərbaycan təmsilçisinin yarımfinaldakı rəqibi Böyük Britaniyanın "Red Star" komandası olacaq. Camallı rəqibin oyununu izlədiklərini və qarşılaşmanın çətin keçəcəyini bildirib:

"Onların oyununu izlədik. Görüşləri əlavə dəqiqələrə qədər uzandı və çox gərgin mübarizə şəraitində keçdi. Yarımfinalda atmosfer tamamilə fərqli olur. İnşallah, azarkeşlər üçün maraqlı qarşılaşma alınar, biz də yaxşı oyun nümayiş etdirərək qələbə qazanarıq".

Qeyd edək ki, turnirin rəsmi təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və "Sea Breeze"dir. Yarışda Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edir.

Günün digər matçında Böyük Britaniyanın "Red Star" və İsveçrənin "Sankt Mortiz" komandaları qarşılaşıb. İsveçrə təmsilçisi 7:6 hesabı ilə qalib gəlib.

Sabah keçiriləcək yarımfinal görüşündə "Elit" Böyük Britaniyanın "Red Star" klubu ilə üz-üzə gələcək. Digər yarımfinalda isə "Sankt Mortiz" (İsveçrə) "Moscow polo club" (Rusiya) ilə qarşılaşacaq. Qalib komandalar sentyabrın 13-də finalda, məğlublar isə üçüncü yer uğrunda matçda mübarizə aparacaqlar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 12:20

Minifutbol: Azərbaycan milli komandası reytinqdə ikincidir

Futbol
Bu gün, 12:08

Şəfa stadionunda təmir işləri yekunlaşır, FIFA sertifikatı alınmış

Olimpiada
Bu gün, 12:01

Kenyan Olimpiya çempionu Peres Cepçirçir 3 il müddətinə dopingdan disqvalifikasiya edildi

Futbol
Bu gün, 12:00

Samir Abasov: Şahruddinin pley‑off şanslarını bilməməsi təbii haldır

Digər
Bu gün, 11:53

Yeni futsal mövsümünün loqosu təqdim edildi

Futbol
Bu gün, 11:40

Xankəndi İliqası VIII turunda ev sahasında ilk oyunu

Minifutbol
Bu gün, 11:25

Futsal üzrə Azərbaycan Yüksək Liqasında 10 Komanda Mübarizə Aparacaq

Futbol
Bu gün, 11:24

Messi'nin anası Niko Pas'a "oğlunun varisi" demiş

Futbol
Bu gün, 11:20

Sao Xoao de Ver klubunda iki aylıq maaş böhranı

Futbol
Bu gün, 11:14

PSJ, Markinyosla 2029-ədək yeni müqavilə təklif edir

Digər
Bu gün, 11:04

Yeni Futsal Mükəmməllik Müsabiqəsində 10 Komanda Rəqabət Aparacaq

Futbol
Bu gün, 11:00

Neftçi, Qəbələ futbolçusu Eşqin Əhmədovu transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 10:54

İtalyan klub Empoli itlə müqavilə imzaladı

Digər
Bu gün, 10:54

131 idmançı AZERFIT layihəsi çərçivəsində monitorinqdən keçdi

Futbol
Bu gün, 10:51

Azərbaycan minifutbol milli komandası Avropa reytinqində ikinci sırada

Futbol
Bu gün, 10:38

Səbail futbol akademiyasının direktoru Mirbağır İsayev istifa etdi

Futbol
Bu gün, 10:23

Xviça Kvaratsxeliya, GQ France jurnalının ilin adamı elan edilməsinə münasibət bildirib

Futbol
Bu gün, 10:20

Xviça Kvaratsxelia 2026-cı ilin "İlin adamı" seçildi

Futbol
Bu gün, 10:04

Marşal Adaları milli komandası FIFA-ya üzv olmaq üçün təlim planlaşdırır;

Qarabağ FK
Bu gün, 10:00

“Taofik İsmailin 1 milyon avroluq transferi Polşada müzakirə olunur”

Basketbol
Bu gün, 09:53

Gəncə Basketbol Klubu Baş Məşqçisi 78:79 Məğlubiyyətini Açıqladı

Futbol
Bu gün, 09:40

Fransa klubu Opendanı icarədən qaytarır

Futbol
Bu gün, 09:37

Ueyn Runi: 'İntihar etməyi düşündüm' – psixoloji çətinlikləri açıq şəkildə izlədi

Futbol
Bu gün, 09:29

Birinci Liqa: Xankəndi, Karvan-Yevlaxı 8-ci turda qəbul edəcək

Oxşar xəbərlər