Bu gün dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı təşkil olunub.
İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Qolf Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 9 dövlət qurumunu təmsil edən 23 əməkdaş (15 kişi, 8 qadın) iştirak edib.
Yarışın nəticələrinə əsasən, qadınlar arasında birinci yerə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Aysel Kazımova, ikinci yerə SOCAR-ın əməkdaşı İlahə Hacıyeva, üçüncü yerə isə "AzerGold" QSC-nin təmsilçisi Nərgiz Alıyeva layiq görülüblər.
Kişilər arasında qalib adını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Elvin Məmmədov qazanıb. İkinci yerə Dövlət Miqrasiya Xidmətindən Sirac Mahmudov, üçüncü yerə isə Dövlət Gömrük Komitəsinin nümayəndəsi Vasif Qurbanov sahib olublar.
İdman.biz