top
Nadir Nəbiyev: Yerli məşqçilərə güvənmək lazımdır Idman.biz
18 sentyabr 2025, 17:54
- ↺ +

Nadir Nəbiyev: Yerli məşqçilərə güvənmək lazımdır

Azərbaycan yığmasının sabiq hücumçusu Nadir Nəbiyevin Futbolinfo.az saytına müsahibəsi

– "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinə qələbə ilə başlayacağını gözləyirdiniz? "Benfika" 2 top fərqi ilə önə keçəndə ağlınızdan komandamızın böyükhesablı məğlubiyyətlə üzləşəcəyi ehtimalı keçdimi?

– Rəqib oyuna daha yaxşı başladı. İlk 15 dəqiqədə iki top fərqi olanda istər-istəməz bir az fərqli düşünməyə başlayırsan. Amma "Qarabağ" oyunun gedişatını dəyişə bildi.

– Sizcə, "Qarabağ" Lissabonda nəyin, hansı komponentlərin hesabına geridönüş etməyi bacardı?

– "Qarabağ" hesabda geri düşsə də, oyun nizam-intizamını pozmadı və topa daha çox sahib olmağa çalışdı. Bundan əlavə, rəqibin müdafiə xəttində olan boşluqlardan maksimum istifadə etdi.

– "Benfika" ilə qarşılaşmada "Qarabağ"ın heyətində ən çox kimin və ya kimlərin oyununu bəyəndiniz?

– Bu görüşdə komanda o qədər yaxşı oynadı ki, hər hansı bir futbolçunu fərqləndirmək çətindir. Əgər mütləq bir nəfərin adını deməliyəmsə, Marko Yankoviçi qeyd edərdim.

– "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov hücumun sivri ucunda yeni transfer Kamilo Durana şans vermişdi. Keçmiş hücumçu olaraq, onun çıxışından tam razı qaldınız?

– Kamilo Duran sürətli və texnikalı futbolçudur. "Benfika" ilə görüşdə yaxşı təsir bagışladı. Komandaya tam uyğunlaşdıqdan sonra daha yaxşı oyun göstərəcəyinə inanıram.

– Aydın məsələdir ki, bu qələbədən sonra Liqa mərhələsindəki rəqiblər "Qarabağ"a daha ciddi yanaşacaqlar. Təmsilçimizdən qarşıdakı 7 matçda neçə qələbə, neçə xal gözləyirsiniz?

– Həqiqətən də, "Benfika" ilə oyundan sonra "Qarabağ"ın işi daha çətin olacaq. Konkret say demək çətindir. Amma inanıram ki, komanda gözləniləndən daha çox xal toplayacaq.

– Azərbaycan yığmasının sabiq üzvü olaraq, milli haqda da fikriniz maraqlıdır. Ukrayna ilə heç-heçədən sonra əksəriyyət yığmamızı yerli məşqçinin çalışdırmalı olduğu qənaətindədir və hazırda bir neçə məşqçinin adı çəkilir. Sizə görə, ən doğru qərar Ayxan Abbasovla yola davam etməkdir, yoxsa başqa yerli məşqçinin təyinatının tərəfdarısınız?

– Mən həmişə milli komandalarda yerli mütəxəssislərin işləməsinin tərəfdarı olmuşam. Ayxan Abbasov göstərdi ki, bizim öz məşqçilərimizə güvənmək və dəstək vermək lazımdır. Ad çəkməyim düz olmaz, amma mənim də millidə görmək istədiyim məşqçilər var.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər