Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi "Petrolul" Rumıniya Super Liqasının 13-cü turunda qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, komanda səfərdə "Botoşani"ni 3:1 hesabı ilə məğlub edib.
Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Cəlal Hüseynov 72-ci dəqiqədə meydana daxil olub. Həmin vaxt matçın yekun hesabı artıq müəyyənləşmişdi.
Bu qələbədən sonra xallarının sayını 23-ə çatdıran "Petrolul" turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.