"Sumqayıt" Misli Premyer Liqasının IX turunda səfərdə "Zirə"yə 2:3 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Filipe Kandido matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Məncə, bizim üçün utancverici oldu. Düşünürəm ki, yekun nəticədə daha çoxuna layiq idik. Matça yaxşı başlamadıq. Oyun qurarkən vacib vəziyyətlərdə toplar itirdik. Rəqibin bundan istifadə etmək üçün keyfiyyətli oyunçuları var. Lakin 0:2-dən sonra komandamın xarakterini bəyəndim. Fasilədə futbolçulara dedim ki, oyunu qaytara bilərik. İki qol vurduq. Təəssüf ki, biri sayılmadı. Məyus olduğum məqam odur ki, daha çoxunu edə bilərdik. Oyunçularımın daha çoxunu bacaracağına inanıram. "Zirə" qələbə qazanmaq üçün nələrsə edəcəkdi. Müdafiədə xırda səhvlər etdik. İnanıram ki, liqanın ən yaxşı komandalarına qarşı oynayacaq komandamız var.
- Demək olar ki, hücumlarda son nöqtəni qoyacaq hücumçu çatışmırdı?
- Nihad Əhmədzadə ilə "9 nömrə"nin başqa növü ilə oynayırdıq. Bilirəm ki, onun mərkəz hücumçusundan fərqli xüsusiyyətləri var. Amma düşünürəm ki, bu gün yaxşı işlər gördü, hücum və müdafiə planında komandaya çox kömək etdi. Hər kəs bilir ki, iki hücumçumuzu eyni vatda itirdik. Amma məşqçi kimi oyunun içində həll yolları tapmağa məcburam. Gələcəkdə daha yaxşı nəticə qazanmaq üçün fərqli nələrsə edəcəyik.
- Qarşıdakı turlarda daha yuxarı pillələr üçün oynayacaq "Sumqayıt" görə biləcəyik? Növbəti turda da "Şəfa" ilə qarşılaşacaqsınız...
- Asan oyun yoxdur. İndi tunrir cədvəli ilə maraqlanmıram, komandamı növbəti oyuna hazırlayıram. Komanda qurulucuğunda davam edirik.
- Hakimlikdən razı qaldınız? Həm siz, həm də həmkarınız oyun boyu narazılıq bildirirdi...
- Hakimlər haqda danışmağı sevmirəm. Onları üçün də asan deyil. Amma onların əlində VAR kimi yaxşı sistem var. Sayılmayan qolumuzda ofsayd yox idi. Amma hakimlər haqda danışmasaq, yaxşıdır. Belə qərar verdilər, amma komandam sınmadı, 2-ci qolu vurduq.
- Vəli Qasımov da, siz də eyni anda "Setubal"da oynamısız. Onunla münasibətiniz qalıb?
- Vəli Qasımov əla hücumçu idi, yaxşı insandır. Telefonla danışırıq. Karyeramda gördüyüm ən yaxşı oyunçulardan biridir. Öz dövrünün ən yaxşı hücumçularından biridir. İnsan kimi onu çox istəyirəm. Bura gəldikdən sonra görüşməmişik. Amma insan və futbolçu kimi ondan çox şey öyrənmişəm. Onda 18-19 yaşım var idi, onun isə 31. Həm meydanda, meydandan kənarda ondan çox şey öyrənmişəm.