top
Boks millisinin baş məşqçisi: Hədəfimiz Azərbaycan üçün olimpiya çempionu verməkdir Report.az
06 dekabr 2024, 11:36
- ↺ +

Boks millisinin baş məşqçisi: "Hədəfimiz Azərbaycan üçün olimpiya çempionu verməkdir"

Hədəfimiz Azərbaycan üçün olimpiya çempionu verməkdir.

"Report" xəbər verir ki, bunu kişi boksçulardan ibarət millinin yeni baş məşqçisi Ravşan Xocayev federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis müstəqillik illərində ölkə boksunda belə nəticənin olmadığını bildirib:

"Əlbəttə ki, buna idmançıların, məşqçilərin və federasiya rəhbərliyinin köməyi ilə çatmaq olar. Azərbaycan boksu həmişə dünyada liderlik edib. Nəriman Abdullayev, Vaqif Şirinov, Məmməd Eyvazov kimi məşqçilər həmişə Yay Olimpiya Oyunları və dünya çempionatlarından medallarla qayıdıb, çempionluq sevinci yaşayıblar".

Özbəkistanlı baş məşqçi təyinatı ilə bağlı danışıb:

"Son üç olimpiadada mən də iştirak etmişəm, Azərbaycan boksçularını izləmişəm. Onlar olimpiadalarda gümüş və bürünc mükafatlar qazanıblar. Məlum olduğu kimi, Milli Olimpiya Komitəsinin prezidenti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın inkişafı üçün mühüm tədbirlər həyata keçirilir. Boksdan danışsaq, şəxsən mən bir mütəxəssis kimi düşünürəm ki, yığmada rəqabəti artırmaq, komanda üçün kontingent toplamaq lazımdır. Ölkənin çox sayda istedadlı oğlanlarının olduğu rayonlarında şərait yaratmaq və gələcək üçün həmin bölgələrdə boksu inkişaf etdirmək lazımdır. İnanıram ki, biz buna nail olacağıq".

R.Xocayevin sözlərinə görə, 2023-cü ilin sentyabrından Azərbaycan boksçularının uğurlu çıxışı üçün müxtəlif yaş qruplarına nəzarət edib və bu, öz bəhrəsini verib:

"Məni ötən ildən Azərbaycan Boks Federasiyasının texniki direktoru vəzifəsinə dəvət etdilər. İşim yığmalara nəzarət etmək və hazırlıq proseslərində iştirak etmək idi. Məşqçi olduğum üçün kənarda qala bilmədim, boksçu hazırlamağa, gənclər və Elbrus Rzayevin çalışdığı 19-22 yaşlılardan ibarət komandaların hazırlığına kömək etməyə başladım. Onunla birlikdə iki qızıl medal əldə etdiyimiz Avropa çempionatında yaxşı nəticələr qazandıq. Son illərdə 19-22 yaşlılar arasında iki Avropa çempionatında da maksimal nəticələrə imza atdıq. Monteneqroda təşkil olunan gənclərin dünya çempionatında da yaxşı nəticələr göstərdik. Qızıl medal qazanmasaq da, nəticələrin pis olmadığını düşünürəm. Çünki Azərbaycan boksçuları Kuba, Rusiya, Qazaxıstan kimi ölkələrdən olan güclü rəqibləri məğlub etməyə başladılar".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:20

UEFA Avropa Liqasında Marsel və Levski matcından əvvəl azarkezlər arasında kütləvi qarşıdurma – VİDEO

Futbol
Bu gün, 02:17

"Portu" qapıçısı Dioqu Koştanın sərbəstqalma məbləğini 45-50 milyon avroya endirməyə hazırdır

Futbol
Bu gün, 02:00

Benfikanın 4:0 məğlubiyyəti, Duran Seltikə 2:1 qələbə qazandırdı

Futbol
Bu gün, 01:43

Ronaldunun 'Əl-Sədd' qarşılaşmasından əvvəl komanda yoldaşlarına müraciəti açıqlandı

Futbol
Bu gün, 01:40

Kristian Şevçenko 'Şolinq'də cəmi 8 həftə qalıb və 'Beyzinqstok Taun'a keçib

Futbol
Bu gün, 01:35

Pafos 0:2 hesabı ilə Danimarka “Midtüllann” klubuna məğlub oldu

Futbol
Bu gün, 01:30

Ronaldo kimi futbolçunun Portuqaliyada bir daha yetişməyəcəyini düşünmürəm

Futbol
Bu gün, 01:09

Amorim: Hər üç gündə qələbə məcburiyyəti təzyiqlə yaşayır

Futbol
Bu gün, 00:50

Barselona Qvardiolun transferində Rodrindən dəstək gözləyir

Futbol
Bu gün, 00:26

Beşiktaş Batumda Hapoel Beer-Şeva'yı 2:1 ilə məğlub etdi

Futbol
Bu gün, 00:20

Səudiyyə şirkəti

Futbol
Bu gün, 00:19

Beşiktaş Avropa Liqasında İsrail klubu Hapoel Beer-Şeva'ni 2:1 məğlub etdi

Futbol
Bu gün, 00:10

Qavi: Ulduz deyil, komandamızın bir parçasıyam

Futbol
Bu gün, 00:01

Barella sevimli futbolçusunu Cud Bellinqəm kimi elan etdi

Futbol
Dünən, 23:50

"Milan" UEFA Avropa Liqasında səfdə "Olimpiakos"u 2:4 məğlub edib

Futbol
Dünən, 23:44

Beşiktaş Batumda azarkeşlərin qarşısında güc tətbiq edən təhlükəsizlik qüvvələrini sərt şəkildə pisləyir;

Futbol
Dünən, 23:40

Ərdoğan Beşiktaşın prezidentinə zəng edərək azarkeşlərə dəstək verdi

Minifutbol
Dünən, 23:40

Qusarda keçirdiyim dövrü xatırlayıb, hələ də darıxıram

Futbol
Dünən, 23:36

Batumi insidenti Türkiyə klublarını birləşdirdi – Beşiktaşa dəstək

Futbol
Dünən, 23:27

İnter"də Karlos Auqusto ilə yeni müqavilə imzalandı

Futbol
Dünən, 23:21

Ronaldo karyerasını davam etdirmə qərarını mövsümün sonunda verəcək

Futbol
Dünən, 23:20

Vedat Muriqi ən yaxşı oyunçu mükafatını həyat yoldaşına təqdim edəcək

Futbol
Dünən, 23:06

Türkiyə Klubları Beşiktaş'a Güc Tətbiqini Kəskin şəkildə Pisləyir

Futbol
Dünən, 23:00

Tovuz, Xoşbəxt Xəbərlə Derbi Öncə Qəbul Edir

Oxşar xəbərlər