"Arsenal"ın qapıçısı David Raya açıqlama verib. Sport24.az xəbər verir ki, "Marca"ya danışan ispan qolkiper ölkəsində oynamaq arzusunda olduğunu bildirib:
"Arsenal"da xoşbəxtəm. Lakin bir gün La Liqada oynamaq istərdim. İspaniya çempionatı çox rəqabətlidir. İspanam və vaxtı gələndə ölkəmdə oynamaq arzusundayam".
Qeyd edək ki, David Raya 2024-cü ildən "Arsenal"da çıxış edir. O, ölkəsində "Kornelia" akademiyasında yetişib. Daha sonra İngiltərəyə üz tutan qolkiper burada "Blekbern", "Sautport", "Brentford" kimi klublarda forma geyinib.