top
Beynəlxalq Çövkən Federasiyası: Bakı-2026 Dünya Çempionatının favoritləri Azərbaycan və Argentina yığmalarıdır Report.az
10 sentyabr 2025, 11:06
- ↺ +

Beynəlxalq Çövkən Federasiyası: Bakı-2026 Dünya Çempionatının favoritləri Azərbaycan və Argentina yığmalarıdır

2026-cı ildə Bakıda təşkil olunacaq çövkən üzrə dünya çempionatının əsas favoritləri Azərbaycan və Argentina yığmalırıdır.

Bunu "Report"a açıqlamasında Beynəlxalq Çövkən Federasiyasının icraçı direktoru Fərid Eyvazov deyib.

O, dünya çempionatında Azərbaycan yığmasının şanslarını dəyərləndirib:

"Dünya miqyasında Argentina ən güclü komanda hesab olunur. Çövkənin bütün növlərində bu ölkə lider mövqedədir və rəqiblərindən xeyli fərqlənir. Paytaxt Buenos-Ayresin, demək olar ki, hər bölgəsində polo meydanlarının mövcudluğu bu idmana verilən önəmin bariz göstəricisidir. Bakıda təşkil olunacaq çövkən üzrə dünya çempionatının əsas favoriti Argentina yığmasıdır. Fikrimcə, finalda məhz Argentina və Azərbaycan qarşılaşacaq. Hazırda bu iki komanda çempionluğa ən real namizədlərdir".

Qurum rəsmisi Azərbaycan komandasının Avropa və Asiya təmsilçilərindən daha güclü olduğunu vurğulayıb:

"Avropa çempionatında ikinci və üçüncü yerləri tutan komandalar – Malta və Polşa da dünya çempionatında iştirak hüququ qazanıblar. Mövcud vəziyyətə əsasən, demək olar ki, Azərbaycan bu komandaları artıq geridə qoyub və onlardan güclüdür. Asiya çempionatının nəticələrinə görə Özbəkistan və Pakistan da rəqiblər sırasında yer alıb. Bununla belə, Azərbaycan daha ağıllı oyun üslubu, taktiki yanaşma, dinamizm və sürət ilə fərqlənir".

İcraçı direktor Afrika komandalarının oyunlarını izləmək imkanı olmadığını söyləyib:

"Qarşıda iki böyük turnir var – Cənubi Amerika çempionatı Buenos-Ayresdə, Afrika çempionatı isə Nigeriyada keçiriləcək. Afrikada polo idman növü mövcuddur, lakin hələlik həmin bölgənin komandalarının oyununu yaxından izləmək imkanım olmayıb. Buna görə də onların səviyyələri barədə fikir bildirmək çətindir".

Qeyd edək ki, çövkən üzrə II dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək. Mundialda ümumilikdə 9 komandanın iştirakı gözlənilir. Bir komanda isə Beynəlxalq Çövkən Federasiyasının xüsusi dəvəti ilə turnirə qatılacaq.

çövkən Beynəlxalq Çövkən Federasiyası dünya çempionatı Azərbaycan yığması
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 11:26

Gəncə Basketbol Klubu Portuqaliyada Tarixi Qələbə Qazanıb

Futbol
Bu gün, 11:20

Alberto Ruiz Real Madrid tərəfindən 2028-ci ilə qədər qoruma altına alındı

Futbol
Bu gün, 11:20

Real, satdığı müdafiəçi Xakobo Ramonu geri qaytarmaq planlaşdırır

Futbol
Bu gün, 11:00

Xankəndinin baş məşqçisi: Bu tip penaltı məğlubiyyətimizi üzur

Qarabağ FK
Bu gün, 10:55

U-15 dünya çempionatında Azərbaycan klublarının skautlarının seçmə fəaliyyəti

Futbol
Bu gün, 10:45

Fənərbağçanın yeni baş məşqçi axtarışı: Aykut Kocaman və digər namizədlər gündəmdə

Voleybol
Bu gün, 10:25

Murov Az Terminal vs Gənclər: Super Liqa ikinci turu bu gün

Futbol
Bu gün, 10:20

Afrika Millətləri Kuboku 2027-ci ildə yenidən iki ildə bir keçiriləcək

Futbol
Bu gün, 10:14

Salahın oxşarı Trabzonsporda çıxdı

Futbol
Bu gün, 10:13

PSJ və Qalatasaray bugünkü səfər oyunlarına çıxır

Basketbol
Bu gün, 10:12

Azərbaycan Basketbol Liqasında V turun ilk oyunu bugün başlayacaq

Futbol
Bu gün, 10:06

İnter və Milan yeni Generali Stadionunu təqdim etdi – San-Siro söküləcək

Qarabağ FK
Bu gün, 10:00

Qarabağ, Braziliyalı Futbolçu Qustafo Assunção'ya təklif edir – Qalatasaray'da da oynayıb

Futbol
Bu gün, 09:50

2026 Dünya Çempionatı Qətərin 5x Gəlirindən Çox Gəlir Topladı

Futbol
Bu gün, 09:40

Harri Keyn: Cəngavər titulunun verilə biləcəyi barədə şərh edib

Minifutbol
Bu gün, 09:35

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının V qrupunda Polşanın Piast komandası ilə son oyunu oynayacaq

Cüdo
Bu gün, 09:28

Hidayət Heydərov və iki Azərbaycanlı cüdoçu 'Böyük Dəbilqə' turnirində mübarizəyə başlayır;

Futbol
Bu gün, 09:20

Trent Alexander-Arnold Liverpoolə qayıda bilər

Futbol
Bu gün, 09:08

Luis Enrike, Barcelona‑dan Gavi‑ni PSJ‑ə gətirmək istəyir

Futbol
Bu gün, 08:40

FİFA 2026 Dünya Çempionatından rekord 5 milyard dollar gəlir əldə etdi

Futbol
Bu gün, 08:20

La Liqada Oktyabr ayının məşqçisi mükafatına namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:13

Mançester Yunayted məşqçisi Maykl Karrik Bruno Fernandeni kapitan olaraq saxlayacağını bildirdi

Futbol
Bu gün, 08:00

İnтер və Milan Generali Stadium layihəsini ictimaiyyətə təqdim etdi

Futbol
Bu gün, 07:16

Barcelona, PSG və İngiltərə nəhəngləri Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakov üçün rəqabət aparır

Oxşar xəbərlər