top
“Barselona”nın əfsanəsi Azərbaycandakı dünya çempionatından danışdı Idman.biz
Bu gün, 12:23
- ↺ +

“Barselona”nın əfsanəsi Azərbaycandakı dünya çempionatından danışdı

Bolqarıstan futbolunun əfsanəsi, "Barselona"nın sabiq hücumçusu Hristo Stoiçkov Azərbaycanda təşkil olunan 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının əhəmiyyətindən danışıb.

İdman.Biz FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 1994-cü ilin "Qızıl top" mükafatçısı turnirin gənc futbolçuların beynəlxalq təcrübə qazanması baxımından mühüm fürsət olduğunu vurğulayıb.

"Mənim fikrimcə, FIFA-nın U-15 dünya çempionatı son dərəcə vacibdir. Belə turnirləri həmişə alqışlayıram. Çünki gənc futbolçular məhz bu yarışlarda inkişaf etməyə və qarşılarında hansı gələcəyin olduğunu anlamağa başlayırlar", - deyə Stoiçkov bildirib.

O, Bolqarıstan millisinin də yarışda iştirak etməsinə münasibət bildirib:

"Bolqarıstan Avropanın ən güclü komandalarında çox sayda bolqarıstanlı futbolçunun olmadığı bir dövrdə yenidən mühüm yarışa qayıdır. Bəli, İtaliya, Almaniya və İngiltərədə oynayan futbolçularımız var, amma onların sayı daha çox olmalıdır. Bu turnir onların inkişafı üçün yaxşı fürsətdir".

Stoiçkov Bolqarıstanın Şotlandiya ilə qarşılaşmasına da toxunub:

"Bolqarıstan 1970-ci illərdən başlayaraq, o cümlədən mənim oynadığım dövrdə Şotlandiya ilə çox oyun keçirib. Şotlandiya həmişə güclü rəqib olub. Ümid edirəm ki, bu dəfə Bolqarıstan qalib gəlməyin yolunu tapa biləcək".

Əfsanəvi futbolçu Azərbaycanda keçiriləcək yarışın FIFA-nın gənclər futboluna münasibətini nümayiş etdirəcəyinə inandığını bildirib:

"Ümid edirəm və arzulayıram ki, Azərbaycandakı FIFA U-15 dünya çempionatı FIFA-nın gənclər futbolunun inkişafına nə qədər böyük önəm verdiyini həm futbolçulara, həm də bütün dünyaya göstərəcək".

Qeyd edək ki, tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 24-dən 30-dək Bakıda keçiriləcək. Turnirdə 189 milli futbol assosiasiyasının komandası iştirak edəcək. Onlardan 78-i FIFA-nın dünya çempionatlarında ilk dəfə təmsil olunacaq.

Yarış səkkiz nəfərlik komandalar arasında təşkil ediləcək. Hər qarşılaşma 20 dəqiqəlik iki hissədən ibarət olacaq. Oyunların əksəriyyəti Hövsan Yarış Kompleksində, açılış qarşılaşması və finallar isə "Baku Crystal Hall"da keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 13:20

"Nyukasl"ın sabiq baş məşqçisi "Mançester Yunayted"in "sükanı arxasına" keçə bilər

Formula 1
Bu gün, 13:14

Avstraliya Qran-prisində kenqurunun trasda peyda olması MotoGP məşqini dayandırdı

Futbol
Bu gün, 13:06

FİFA U-15 Dünya Çempionatına ev sahipliyi edən Hövsan Yarış Kompleksi hazırdır

Futbol
Bu gün, 13:00

Zirə Sumqayıtı 22 oyunda məğlub edə bilmədi

Futbol
Bu gün, 12:59

Tacikistanlı futbolçu Hüseynconi Bobocan: “Bakıda dünya çempionatı üçün hazırlanan meydançalar gözəldir”

Futbol
Bu gün, 12:50

Sumqayıtın kapitanı İsa Sülumbra U-15 komandasının məşqində iştirak edib

Qarabağ FK
Bu gün, 12:45

“Qarabağ”ın sabiq futbolçusu 6 milyonluq dələduzluğun qurbanı olub

Digər
Bu gün, 12:40

ABL: IV turun ilk mtçında "Sabah" NTD-yə qarşı

Qarabağ FK
Bu gün, 12:35

Şahin Diniyev: "Sabah"ı indiki formasına görə "Qarabağ"dan bir pillə öndə görürəm"

Digər
Bu gün, 12:29

Arda Gülər kamera qarşısına keçdi – 4,5 milyon qazandı

Futbol
Bu gün, 12:20

FİFA prezidenti Canni İnfantino Asiyada futbolun inkişafına görə minnətdarlığını bildirib

Futbol
Bu gün, 12:14

Türkmənistan U-15 futbol millisinin baş məşqçisi: “Bakıdakı dünya çempionatında dəyərli təcrübə qazanacağıq”

Futbol
Bu gün, 12:00

Qəbələ “Filipe Santosu” geri gətirməyi düşünür

Güləş
Bu gün, 11:59

Ermənistan mətbuatı: Sənan Süleymanov, Amoyana ciddi rəqibdir

Futbol
Bu gün, 11:40

The Athletic sorğusunda Harri Keyn "Qızıl top"a əsas namizəd

Qarabağ FK
Bu gün, 11:29

Ukrayna mətbuatı “Qarabağ”da parlaq çıxış edən Aleksey Kaşuku milli komandaya çağırmağa çağırır

Digər
Bu gün, 11:17

UFC 333: Asəf Çopurov rəsmi çəkiölçməni uğurla keçdi, debütə hazırdır - VİDEO

Futbol
Bu gün, 11:08

Milanda Ruben Amorim kritiklərə məruz qalıb: Kamarda niyə əvəz edilməyəndirsə

Futbol
Bu gün, 11:00

I Liqanın bombardiri Dilyen Açıti: "Qolların sayını bu, Allahla mənim aramdakı sirrdə saxlayacağam"

Digər
Bu gün, 10:53

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov yarım milyon manat mənimsəməkdən həbs edildi

Futbol
Bu gün, 10:48

Barış Alper Yılmaz 'Fənərbağça' ilə qarşılaşmanı buraxa bilər

Futbol
Bu gün, 10:20

Serbiya Futbol Assosiasiyası azarkeş davranışı üçün cərimələndi

Voleybol
Bu gün, 10:02

Azərbaycanın U-20 qadın voleybol millisi Polşa ilə qarşılaşacaq;

Oxşar xəbərlər