top
Bakı Balıqçılar və Sualtı Ovçular Klubu İB-nin nümayəndəsi: Bu il keçirilən Beynəlxalq turnirdə iştirakçıların sayı əvvəlki illərə nisbətən daha çoxdur. Report.az
26 aprel 2025, 10:51
- ↺ +

"Bakı Balıqçılar və Sualtı Ovçular Klubu" İB-nin nümayəndəsi: "Bu il keçirilən Beynəlxalq turnirdə iştirakçıların sayı əvvəlki illərə nisbətən daha çoxdur."

Bu il Azərbaycanda keçirilən III Odlar Yurdu Beynəlxalq Surfkastinq (sahildən balıq ovlama) turnirində əvvəlkilərlə müqayisədə həm iştirakçı, həm də xaricdən gələnlərin sayı çoxdur.

Bunu "Report"a açıqlamasında "Bakı Balıqçılar və Sualtı Ovçular Klubu" İB-nin idarə heyətinin sədri Azər Əliyev Azərbaycanda təşkil olunan III Odlar Yurdu Beynəlxalq Surfkastinq (sahildən balıq ovlama) turnirinin təşkili ilə bağlı deyib.

O, bu il iştirakçıların sayının daha çox olduğunu söyləyib:

"Bakı Balıqçılar və Sualtı Ovçular Klubu" artıq üçüncü dəfə Azərbaycanda bu turniri keçirir. Bu il əvvəlkilərlə müqayisədə həm iştirakçı, həm də xaricdən gələnlərin sayı çoxdur. Ümumilikdə 70-ə yaxın iştirakçı var ki, onların 44-ü xarici ölkələrdən gəliblər. İştirakçıların hər biri peşəkar balıqçılardır. Biz də xarici ölkələrdə keçirilən turnirlərdə iştirak etmişik və onların peşəkarlığını görmüşük. Ümid edirəm ki, turnir Azərbaycanda idman balıqçılığının inkişafına təkan verəcək və gələcəkdə növbəti yarışların keçirilməsinə zəmin yaradacaq".

Klub rəsmisi Azərbaycanda peşəkar idman balıqçılığının son 10 ildə xeyli inkişaf etdiyini vurğulayıb:

"Son 10 ildə Azərbaycanda peşəkar və mədəni idman balıqçılığının inkişafı sürətlənib. Bunun müsbət cəhətləri odur ki, peşəkar idmançılar balığı tuturlar, şəklini çəkib suya buraxırlar. Bu da tükənən sərvət olan balığın məhvinin qarşısını alır. Həmçinin digər insanlara və övladlarımıza bu baxımdan tərbiyə vermiş oluruq. Balığı tutub məhv etmək yox, həm də balıqçılığı bir hobbi və ya idman kimi inkişaf etdirmək olar"

A.Əliyev Azərbaycan idmançılarının şanslarını da dəyərləndirib:

"Əcnəbilər arasında peşəkar balıqçılar, çempionlar var. Ona görə də Azərbaycan idmançılarının şanslarını 50-nin 50-yə faiz nisbətilə qiymətləndirirəm. Düzdür, nominasiyalarımız çoxdur. Hər biri üzrə həm azərbaycanlılar, həm də əcnəbilər qələbə qazana bilər. Azərbaycanlı idmançılar xarici turnirlərdə iştirak ediblər. Polşadakı yarışda üçüncü yeri tutmuşduq. Yunanıstanda mükafatçı olmuşuq. Artıq bizom idmançıların da xarici ölkələrdə qələbələri var. Balıqçılığın çüxtəlif növləri var. Bu sahildən balıq ovlama növü üzrə yarışdır və əsasən dəniz, həmçinin okean sahilində yerləşən ölkələrdə keçirilir".

Qeyd edək ki, Azərbaycanda sayca üçüncü dəfə təşkil olunan bu turnir aprelin 27-də yekunlaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:18

FIFA U-15 Dünya Çempionatı: Bakıda 114 min porsiya yemək və 27 ton çamaşır

Futbol
Bu gün, 15:11

Sumqayıtın legioni, Ronaldo Vakzez: "Üç xal qazanmaq bizim üçün vacibdir"

Futbol
Bu gün, 14:54

Arsen Venger: Hər kəs Bakıda keçirilən FIFA U-15 dünya çempionatına aşiq oldu

Futbol
Bu gün, 14:51

Səbail məşqçisi: Futbolçuların adaptasiyasına inanıram

Futbol
Bu gün, 14:33

Alman mütəxəssis Yulian Naqelsman Juventusun baş məşqçisi ola bilər

Futbol
Bu gün, 14:30

Chelsea və Fulham Real Madridin 21 yaşlı müdafiəçisi Yakobo Ramon üçün rəqabət aparır

Basketbol
Bu gün, 14:12

Azərbaycan komandası idmanında dönüş başladi: Basketbol, voleybol və həndbolda böyük nailiyyətlər

Basketbol
Bu gün, 14:05

Sumqayıt - Sabah oyunu Baki İdman Sarayında keçiriləcək

Futbol
Bu gün, 14:00

Ramik Hacıyev: Dinamo və Polissya ilə danışıqlarım var idi, lakin Metalist 1925 məni daha çox cəlb etdi

Futbol
Bu gün, 13:42

Aston Villa klubunun Ceymi Karragerə qarşı məhkəmə işi

Futbol
Bu gün, 13:30

Futbolun İnkişaf Fondunun 10-cu ildönümü

Futbol
Bu gün, 13:15

Kəpəz Misli Liqa matçında İmişliyə qarşı itki ilə çıxacaq

Basketbol
Bu gün, 13:10

FIBA Avropa Kubokunda “Gəncə” komandası texniki məğlubiyyət aldı

Futbol
Bu gün, 13:04

Azuma Abubakar, "İmişli" qarşısında oynamayacaq

Qarabağ FK
Bu gün, 13:00

“Qəbələ” üçün 9 illik həsrət – “Qarabağ”la 65-ci qarşılaşma, son qələbə 2017-ci il

Gimnastika
Bu gün, 12:50

Mingəçevirdə 8 noyabrda bədii gimnastika üzrə regional yarış keçiriləcək

Formula 1
Bu gün, 12:38

Ferstappen və Louson Meksika Qran-prisinin sərbəst yürüşündəki insident üçün cəzalandırıldı

Digər
Bu gün, 12:00

Ağatahir Əzimov açıqladı: Araz-Naxçıvanın uğursuzluğunun səbəbləri

Güləş
Bu gün, 11:58

Arseniy Djioyev 86 kq çəki qrupunda dördqat dünya çempionu Kayl Deyk ilə finalda görüşəcək

Cüdo
Bu gün, 11:48

Azərbaycanın üç cüdoçusu Neapolda U-23 Avropa çempionatında mübarizə aparacaq

Futbol
Bu gün, 11:28

Qalatasaray, rusiya yarımmüdafiəçisi Matvey Kislyak transferinə maraq göstərir

Futbol
Bu gün, 11:00

Dodo: Azərbaycan çempionatında oyun həmişə çətin olub, gələcəkdə yenidən çıxmaq istəyir

Futbol
Bu gün, 10:30

Everton qış dönəmində Manchester United hücumçusunu, Markus Rashfordu, icarəyə götürmək istəyir

Boks
Bu gün, 10:28

Tural Rahimov ‘Dəmir adam’ Düşənbədə Rusiyalı rəqibini məğlub etdi

Oxşar xəbərlər