top
Azərbaycanlı alpinist: “İllərdir yerimizdə sayırıq” - faciələr, xilasetmə əməliyyatları və dağ idmanının problemləri Idman.biz
Bu gün, 21:24
- ↺ +

Azərbaycanlı alpinist: “İllərdir yerimizdə sayırıq” - faciələr, xilasetmə əməliyyatları və dağ idmanının problemləri

Azərbaycan alpinizminin veteranı Aleksandr Nəcəfov ölkədə dağ idmanının mövcud vəziyyətini tənqid edib, karyerasının ən maraqlı hadisələrini xatırlayıb və bu sahənin inkişafı üçün təkliflərini açıqlayıb.

İdman.Biz xəbər verir ki, 66 yaşlı alpinist "İki sahil" qəzetinə müsahibəsində Azərbaycanda alpinizmin inkişaf səviyyəsinin aşağı olduğunu, mütəxəssis hazırlığına, yeni marşrutların açılmasına və təhlükəsizlik məsələlərinə kifayət qədər diqqət yetirilmədiyini bildirib.

Onun sözlərinə görə, ölkədə alpinist könüllüləri birləşdirən ictimai xilasetmə xidməti hələ də mövcud deyil. Bir çox yüksəlişlər isə lazımi texniki hazırlıq olmadan, daha çox turizm və ekskursiya xarakterli təşkil olunur.

Nəcəfov daimi dağ məktəbinin yaradılmasını, təlim düşərgələrinin təşkilini, peşəkar təlimatçıların və xilasedicilərin hazırlanmasını vacib hesab edir.

Alpinistin xatirələrində 1989-cu ildə keçirilən ekspedisiya xüsusi yer tutur. Onun sözlərinə görə, həmin vaxt rəhbərliyi altında Azərbaycan dağlarında ilk və indiyədək yeganə olan ən yüksək – beşinci çətinlik kateqoriyalı idman dağ yürüşü təşkil edilib. Marşrut əvvəlcədən Moskvada Ümumittifaq Dağ Marşrutları Komissiyası tərəfindən təsdiqlənib.

Bununla belə, Nəcəfov karyerasının ən mühüm hadisəsinin hansısa zirvəyə yüksəliş deyil, 1980-ci ildə iştirak etdiyi xilasetmə əməliyyatı olduğunu bildirib. Həmin vaxt Kalper zirvəsinə qalxarkən xəsarət alan insanlara yardım etmək üçün ərazidəki bütün alpinist qrupları öz marşrutlarını dayandırıblar. Çətin relyefə və əlverişsiz hava şəraitinə baxmayaraq, zərərçəkənləri təhlükəsiz yerə çatdırmaq mümkün olub.

Nəcəfovun alpinizmə marağı 1976-cı ildə, 16 yaşında yaranıb. Onun bu sahəyə gəlməsində əmisi, alpinist və alim-qlasioloq Oleq Kutnının həyat yolu mühüm rol oynayıb. Kutnı 1968-ci ildə Kazbek yaxınlığındakı Ortsveri buzlağında tədqiqat apararkən həlak olub.

Təcrübəli alpinist beynəlxalq ekspedisiyalarda yaşadığı qeyri-adi hadisələri də bölüşüb. 2011-ci ildə Monqolustanda turistlər Azərbaycan bayrağı ilə bəzədilmiş ekspedisiya avtomobilinin ətrafına toplaşaraq bayrağın hansı ölkəyə məxsus olduğunu öyrənməyə çalışıblar.

Kazbek zirvəsində isə güclü külək Azərbaycan bayrağını alpinistlərin əlindən qoparıb. Lakin təxminən bir dəqiqə sonra bayraq havada dövrə vuraraq yenidən onların yaxınlığındakı qarın üzərinə düşüb.

Nəcəfov 2023-cü il mayın 19-da Atatürk zirvəsinə yeni qayalıq marşrutu ilə yüksəldikdən sonra Azərbaycan və Türkiyə bayraqlarının qaldırılmasını da ən yaddaqalan hadisələrdən biri adlandırıb.

Gələcək planlardan danışan alpinist Kuxuldağ, Nardaran və Kərgəz ərazilərində üç qayayadırmanma parkının yaradılmasını, dağ bələdçilərinin sertifikatlaşdırılmasını, dağ turizmi və xilasetmə işləri üzrə yarışların keçirilməsini, eləcə də Böyük Qafqaz cığırının inkişaf etdirilməsini təklif edib. Qlobal istiləşmə səbəbindən dəyişən marşrutların yenidən təsnifləşdirilməsi də nəzərdə tutulan işlər arasındadır.

Təcrübəli idmançının gənclərə tövsiyəsi isə ilk baxışda gözlənilməz səslənib: "Alpinizmlə məşğul olmayın!"

Lakin Nəcəfov bununla kifayət qədər güclü motivasiyası, çətinlikləri dəf etmək əzmi və özünü daim inkişaf etdirmək istəyi olmayan insanların dağlara üz tutmamalı olduğunu nəzərdə tutub.

Onun fikrincə, əsl alpinist zirvəyə çatmaq üçün mübarizə aparmaqla yanaşı, insan həyatını qorumaq naminə lazım gəldikdə geri çəkilməyi də bacarmalıdır.

Nəcəfovun təxminən yarım əsrlik təcrübəsindən çıxardığı əsas nəticə budur ki, insan dağlarda başqaları ilə deyil, ilk növbədə öz qorxuları, zəiflikləri və imkanları ilə mübarizə aparır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:25

"Yuventus" argentinalı müdafiəçini transfer etmək istəyir

Digər
Bu gün, 22:21

Şimali Koreyalı futbolçu dünya çempionatlarında 10 illik rekordu qırdı

Digər
Bu gün, 22:09

“Barselona” “PSJ”dən UEFA-ya şikayət etdi: mişarlı və “qətliam” yazılı pankart qalmaqal yaratdı

Digər
Bu gün, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Bu gün, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Futbol
Bu gün, 21:54

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

Digər
Bu gün, 21:46

Ronaldudan Kvaratsxeliyaya dəstək mesajı

Digər
Bu gün, 21:43

Beynəlxalq federasiya altı Azərbaycan güləşçisini dünya çempionatının medal iddiaçıları arasında göstərdi

Digər
Bu gün, 21:34

İngiltərə “Mançester Yunayted” və “Liverpul”un istedadlarını Bakıya gətirir

Voleybol
Bu gün, 21:17

Xorvatiyada “Turan”ın qalibiyyəti şərh edildi: “Evdə daha yaxşı oynayacağıq”

Futbol
Bu gün, 21:11

Zirə dörd futbolçusunu itirəcək – Sumqayıta qarşılaşma buraxılacaq

Futbol
Bu gün, 21:05

Filip İvanoviç: "Sabah"ın uğurları təsadüfi deyil, illər boyu qurulan sistem nəticəsidir

Voleybol
Bu gün, 20:56

Azərbaycan və Gürcüstan voleybol federasiyaları Tovuzda əməkdaşlığın genişləndirilməsini müzakirə etdilər

Futbol
Bu gün, 20:51

Puxaç: Borussia oyunu sonrası boşluq hissi, “Sabah”ın heç-heçə edə biləcəyi

Digər
Bu gün, 20:27

Trent sabiq klubuna qayıda bilər

Digər
Bu gün, 20:24

“Şəki” 5:0 hesablı məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırdı

Digər
Bu gün, 20:17

Toni Kroos tarixin ən yaxşı beş yarımmüdafiəçisini seçdi

Futbol
Bu gün, 20:04

Barselona futbolçusu Dani Olmo zədəsini təsdiq etdi – El Klasiqoda iştirak etməyəcək

Futbol
Bu gün, 19:58

Bavariya kapitanı, atasının vəfatından dolayı Arsenal matçı buraxacaq

Futbol
Bu gün, 19:51

Gürcüstan futbolunun tanınmış məşqçisi Giorgi Nemsadze 54 yaşında vəfat edib

Digər
Bu gün, 19:36

Kurtua “Qızıl top” uğrunda mübarizədə Mbappeni Yamaldan üstün tutdu

Digər
Bu gün, 19:23

Dortmund “Borussiya”sından Azərbaycana ana dilimizdə təşəkkür - VİDEO

Digər
Bu gün, 19:20

"Kəpəz" "Şəfa" ilə oyuna itkisiz hazırlaşır

Oxşar xəbərlər