Azərbaycan Kapoeyra Federasiyası ilə Türkiyə Kapoeyra Gənclik və İdman Dərnəyi arasında Anlaşma Memorandumu imzalanıb.
İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd federasiyanın vitse-prezidenti Elgiz Əlizadə və dərnəyin prezidenti Güngör Doğanay tərəfindən sentyabrın 6-da Samsunda təsdiqlənib.
Memorandumun məqsədi kapoeyranın inkişafı, Azərbaycan və Türkiyə arasında mədəni və idman əlaqələrinin gücləndirilməsidir. Əməkdaşlıq sahələri Batizado və kəmər imtahanları, birgə yarışlar, mədəni tədbirlər, məşqçi və idmançı mübadiləsi, uşaqlar və gənclər üçün layihələri əhatə edir.
Bu addım kapoeyranın hər iki ölkədə daha da yayılmasına və dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək.
İdman.biz