Azərbaycanın U-16 milli komandası FIFA U-15 Dünya Çempionatı və Festivalı üçün inşa olunan Hövsan Yarış Kompleksində ilk məşqini keçirib.
"Report" AFFA-ya istinadən xəbər verir ki, hazırlıq prosesindən əvvəl A millinin baş məşqçisi Ayxan Abbasov futbolçular və məşqçi heyəti ilə görüşərək onlara turnirdə uğurlar arzulayıb.
Mütəxəssis gənc futbolçulara inamının yüksək olduğunu bildirib: