Müdafiəçi Alexandro Qrimaldo İspaniya millisinin düşərgəsindən ayrılıb. Sport24.az xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.
Qrimaldo yüksək hərarət səbəbindən toplanışı tərk edib.
O, yığmanın Millətlər Liqasının III turunda bu gün İngiltərəyə qarşı keçirəcəyi oyunu buraxacaq.
Matç saat 23:45-də başlayacaq.
İspaniya qrupda 5 turdan sonra 15 xalla birinci sıradadır.