top
Azərbaycan gimnastı: Bu il ilk dəfə özümü qələbə üçün bu qədər hazır hiss edirdim Report.az
13 dekabr 2024, 16:49
- ↺ +

Azərbaycan gimnastı: "Bu il ilk dəfə özümü qələbə üçün bu qədər hazır hiss edirdim"

Bu il ilk dəfə özümü qələbə üçün bu qədər hazır hiss edirdim.

Bunu "Report"a açıqlamasında Azərbaycanın tamblinq üzrə gimnastı Tofiq Əliyev Danimarkanın Herninq şəhərində keçirilən "FaceOFF" beynəlxalq yarışında qələbə qazanması ilə bağlı danışarkən deyib.

İdmançı yarışdan əvvəl və sonra ona dəstək olan hər kəsə təşəkkür edib:

"Boxen Arena"da 10000 tamaşaçı canlı şəkildə bizi izləyirdi. Mən finala Norveçdə baş tutan təsnifat mərhələsində vəsiqə qazanmışdım. Təsnifat mərhələsindən 2 və 5 qızıl medal ilə finala vəsiqə əldə edənlər var idi. Artıq 3-cü ilim idi ki, "FaceOFF" tədbirində böyük kütlə qarşısında çıxış edirdim. Bu il ilk dəfə özümü qələbə üçün bu qədər hazır hiss edirdim. Çıxış geyimində bir nömrəli iştirakçı olduğum üçün startı mən verdim. İlk qaçışımda bundan əvvəl heç bir yarışlarda təkrar olunmamış bir keçidə imza atdım və münsiflərdən tam 10 xal aldım. Bu həm digər iştirakçılar üçün psixoloji təzyiq, həm də mənim üçün motivasiya oldu. Anı düzgün dəyərləndirib ən yaxşı olduğum çıxışda (gimnastika döşəyində) maksimum 20 xaldan 19,4 xal topladım və ilk pillədə qərarlaşdım".

O, ikinci çıxış zamanı risk etdiyini vurğulayıb:

"İkinci çıxışdan öncə ən yaxın rəqiblə xal fərqimiz 4-ə bərabər idi. İkinci çıxışda çox yaxşı olmadığım mini tramp (trampet) idi və bu çıxışda özümü bacardığım qədər balansda saxlamağa çalışırdım. Bildiyiniz kimi, 3 hərəkətdən sonra ən yüksək 2 xal hesablanır. Bir az risk edərək bu çıxışda 2-ci yerdə qərarlaşdım. Ümumi lövhədə hələ də ilk pillədə yer alırdım. 3-cü çıxışım istədiyim kimi alınmasa da, sıralamanın ortasında qərarlaşdım və hələ də ümumi hesabda ilk pillədə idim".

T.Əliyev finaldan əvvəl rəqiblərin xal fərqini minumuma endirdiklərini söyləyib:

"Buna baxmayaraq, mənə maksimum 20 xaldan 16 xal kifayət edirdi. Final çıxışında 10 dəqiqəmiz var idi və 10 dəqiqə 4 qaçışa bərabər idi. Qalib olmağıma 2 orta element yetərli idi. İlk iki qaçışım uğursuz oldu. 3-cü cəhddə qismən xalımı yüksəltməyi bacardım (7,6 xal). Final elementi həyatımda bundan əvvəl etmədiyim üçlü salto və üçlü priuet idi. İngilis idmançıya bu elementə görə 10 xal verildiyini gördüm və mən də etməyə qərar verdim. Cəhd etdim, alındı və çempion oldum. Qalibiyyət mükəmməl hissdir, özəlliklə bu şəkildə qazanıldıqda".

İdmançı onu dəstəkləyənlərə təşəkkür edib:

"Başda Azərbaycan Gimnastika Federasiyası olmaqla, mənə inanan hamıya təşəkkür edirəm. Qarşıda bizi 2025-ci ilin sonunda keçiriləcək dünya çempionatı gözləyir. Əlimizdən gələni edəcəyik ki, titulumuzu qoruyaq. Bununla yanaşı, fərdi yarışlarda da fərqlənməyə çalışacağıq. Komandadan 2 nəfərin kürsüyə çıxmasını istəyirik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:40

FIFA prezidenti İnfantino ev işçisi üçün ABŞ iş icazəsi üçün əlaqələrdən istifadə etdi

Gimnastika
Bu gün, 16:25

Lənkəranda bədii gimnastika üzrə Açıq region birinciliyi noyabrın 14-də keçiriləcək

Qarabağ FK
Bu gün, 16:20

Aftəndil Hacıyev: İldə yalnız 2-3 beynəlxalq matçla gənc futbolçuların inkişafı çətindir

Futbol
Bu gün, 16:20

Rayan Ait-Nuri qış transfer pəncərəsində Mançester Sitini tərk etmək niyyətindədir

Boks
Bu gün, 16:14

Qız boksçularına valideyn və qardaş kimi yanaşmalıyıq

Futbol
Bu gün, 16:02

Barselona futbolçusu Jül Kunde, Atletiko qarşılaşmasını da buraxacaq;

Qarabağ FK
Bu gün, 16:00

“Sabah”sız rəmzi komanda: “Qarabağ” və “Neftçi”də yalnız bir oyunçu

Futbol
Bu gün, 15:59

“Flamenqo” Alissona Braziliyada qayıdışı üçün maraq

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:37

Kódzo Taşima, FİFA prezidentliyinə namizədliyini irəli sürdü

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Oxşar xəbərlər